Bu gün, aprelin 17-də Ali Məhkəmədə Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub- E.M) keçmiş idarə rəisi, general-mayor Akif Çovdarovun əmlakları müsadirə edilməsi ilə bağlı məhkəmə prosesi yekunlaşıb.
araz.az xəbər verir ki, hakim Tahir Kazımovun sədrliyi keçirilən prosesdə tərəflər dinlənilib. Akif Çovdarovla birgə əmlakı müsadirə edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin işçisi Səlim Məmmədov və “Vasmoy” bazarı kimi tanınan 8-ci kilometr bazarının keçmiş sahibi Çingiz Əsədov da kassasiya şikayəti verib. Çingiz Əsədov “Vasmoy” bazarının ona qaytarılmasını tələb edirdi.
Məhkəmə Akif Çovdarov və Səlim Məmmədovun əmlaklarının müsadirəsi ilə bağlı Bakı Apelyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Həmin qərarın əsaslı sübutlarla təsdiqini tapdığı qeyd olunub. Qərara əsasən bütün şikayətlər rədd edilib.
Xatırladaq ki, 2022-ci ilin dekabrında Bakı Apellyasiya Məhkəməsi Akif Çovdarovun 30 milyon manatlıq əmlakının müsadirədən azad olunaraq sahiblərinə qaytarılması qərarı çıxarıb. Eyni zamanda Səlim Məmmədovun da müsadirə edilmiş əmlakları özünə qayrarılıb. Sonradan prokurorun protesti əsasında Ali Məhkəmə sözügedən qərarı tamamilə ləğv edib. Bakı Apellyasiya Məhkəməsi təkrar baxış zamanı Çovdarov və Məmmədovun üzərinə həbs qoyulmuş əmlaklarının dövlət nəfinə müsadirəsinə qərar verib. Müsadirə olunan əmlakların bazar dəyəri 30 milyon manata yaxın qiymətləndirilib. Sözügedən əmlaklar Akif Çovdarovun ailə üzvlərinə məxsusdur.
Həmin əmlakların siyahısını belədir:
– Bakı şəhəri Nizami rayonu, Naxçıvanski küçəsi 50 ünvanında yerləşən ticarət və xidmət sahəsindən (“Vasmoy” meyvə-tərəvəz bazarı) ibarət əmlak kompleksi (dəyəri 8 milyon 100 min manat);
– Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən 560 kvadrat metr torpaq sahəsi (dəyəri 95.000 manat);
– Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən 0,06 hektar torpaq sahəsi (dəyəri 300.000 manat);
– Yasamal rayonu M. Xiyabani küçəsi 5-də yerləşən 250 kvadrat metr qeyri-yaşayış sahəsi (dəyəri 231.500 manat);
– Xətai rayonu M. Hadi küçəsində yerləşən binanın 147,4 kvadrat metr sahəyə malik 179 saylı mənzili (dəyəri 125.000 manat);
– Nəsimi rayonu, Bülbül prospekti ev 65, mənzil 38 (dəyəri 483.000 manat);
– Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,1073 ha torpaq sahəsi (dəyəri 86.000 manat);
– Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,0886 ha torpaq sahəsi (dəyəri 71.000 manat);
– Abşeron rayonu Novxanı kəndi Novxanı bağlar massivində yerləşən 1276 a nömrəli bağ evindəki 0,18 ha torpaq sahəsi və 222,31 kvadrat metr fərdi yaşayış evi (dəyəri 808.000 manat);
– Abşeron rayonu Novxanı kəndindəki 0,11 ha torpaq sahəsi və onun üzərindəki 241,9 kvadrat metr bağ evi (dəyəri 700.000 manat);
– Abşeron rayonu, Saray kəndində yerləşən 0,15 ha torpaq sahəsi (dəyəri 60.000 manat);
– Abşeron rayonu Saray kəndində yerləşən 0,6754 ha torpaq sahəsi (dəyəri 203.000 manat);
– Abşeron rayonu Saray kəndində yerləşən 0,17 ha torpaq sahəsi (dəyəri 59.500 manat);
– Xızı rayonu, Qızılqazma kəndində yerləşən 2 hektar torpaq sahəsi (dəyəri 400.000 manat);
– Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən 2 ədəd 0,075 hektar torpaq sahələri (hər birinin dəyəri 15.000 manat);
– Şamaxı rayonu Nağaraxana kəndində yerləşən 0,13739 hektar torpaq sahəsi və onun üzərində yerləşən 250,1 kv.m, 264,6 kv.m, 250,1 kv.m. sahələrində 3 ədəd əsas tikili, 69,4 kv.m, 117,3 kv.m. sahələrində 2 ədəd köməkçi tikili (dəyəri 750.000 manat);
– Abşeron rayonu, Masazır kəndində 2,675 ha, 3,0 ha, 0,0275 ha, 0,3238 ha, 0,0828 ha, 3,12 ha, 0,0821 ha torpaq sahələrinin üzərində yerləşən tikililərin (dəyəri 4.310.000 manat), həmin ünvanda 0,2 hektar torpaq sahəsinin üzərində olan tikili (dəyəri 2.470.000 manat);
– Kürdəmir rayonu, Yeni Şıxımlı kəndində yerləşən 2,5 hektar torpaq sahəsi (dəyəri 1.800 manat);
– Kürdəmir rayonu, Qurdbayram kəndində yerləşən 100 hektar torpaq sahəsi (dəyəri 60.000 manat);
– Kürdəmir rayonu, Mollakənd kəndində yerləşən 69 ha torpaq sahəsində olan göllər, 106 kv.m, 24,8 kv.m, 318,3 kv.m, 28,8 kv.m, 16,7 kv.m, 96 kv.m, 28,8 kv.m. ümumi sahədən ibarət tikililər, 40,5 kv.m. tikintialtı sahəli talvar və 218,6 kv.m. tikintialtı sahəli hovuz (dəyəri 646.000 manat);
– Kürdəmir şəhəri «Ərşəli yeri» adlanan ərazidə yerləşən 100 hektar torpaq sahəsinin üzərində yerləşən 93,1 kv.metr tikili, 24.000 nar kolu (dəyəri 208.600 manat);
– Bakı şəhəri Nəsimi rayonu Seyidzadə 16 b küçəsi ilə Cavadxan küçəsinin kəsişməsində yerləşən 23 kvadrat metr, 24,6 kvadrat metr, 18,60 kvadrat metr, 13,8 kvadrat metr, 16,0 kvadrat metrdən ibarət qarajlar (dəyəri 96.000 manat);
– Binəqədi rayonu 7-ci mikrorayon, Xarici dairəvi küçəsi 10 saylı yaşayış binasının yanında yerləşən 4941 kvadrat metr sahəyə malik 6 mərtəbəli, zirzəmili və mansardlı binanın (dəyəri 3.178.000 manat);
– Bakı şəhəri Nəsimi rayonu Cavadxan küçəsi 62 nömrəli binanın yaxınlığında yerləşən zirzəmili, mansardlı 7 mərtəbəli qeyri-yaşayış binası (dəyəri 4.500.000 manat);
– Bakı şəhəri Adil Məmmədov küçəsi 143, mənzil 142. (dəyəri 145.000 manat).
Qeyd edək ki, 2017-ci ildə Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, onun 30 milyon manatlıq əmlakı müsadirə edilib, general rütbəsindən məhrum edilməsi üçün Prezidentə təqdimat göndərilib. Akif Çovdarov Prezidentin sərəncamı ilə general rütbəsindən məhrum edilib. 2020-ci ildə imzalanmış əfv sərəncamı ilə Akif Çovdarov azadlığa buraxılıb.
Bundan sonra o, müsadirə edilmiş əmlaklarını geri qaytarmaq üçün mübarizəyə başlamışdı. Bu gün, Ali Məhkəmənin verdiyi qərarla Akif Çovdarovun həmin əmlakları cinayət yolu ilə əldə etməsi təsdiqləndi. /Musavat.com /
araz.az xəbər portalı.