almaniya-deport.jpg

Almaniyada rüşvətlə “ölkədə yaşamaq icazəsi” təmin edənlərə qarşı sensasion əməliyyat keçirilib.

araz.az xarici mətbuata istinadla xəbər verir ki, Almaniya polisi 8 əyalətdə 1000-dən çox polisin iştirakı ilə eyni anda əməliyyat düyməsini basıb.

Məlumata görə, ikisi hüquq firması başda olmaqla, 101 yaşayış və iş yerində həyata keçirilən əməliyyatlar zamanı rüşvət müqabilində ölkədə yaşamaq icazəsi təmin edən şəbəkə ifşa olunub.

Polisdən verilən açıqlamaya əsasən, şəbəkə üzvləri uzun müddət hərtərəfli izlənilib: “Düsseldorf Prokurorluğunun qərarı ilə artıq saxlanılan şəbəkə üzvlərinin barəsində cianyət işi açılıb, əməliyyat-istintaq tədbirləri davam edir”.

Məlumatda deyilir ki, şəbəkəyə iki hüquqşünas liderlik edib: “Onlar ölkədə hüquq firmaqsı altında fəaliyyət göstərməklə, Almaniyaya mühacir, işmi və sair kimi gəlib qalmaq istəyənlərə konkret rüşvət məbləğləri müqabilində “xidmət” göstəriblər. Məsələn, təxminən 350 çinlidən 30 min avro ilə 368 min avro arasında dəyişən “ödənişlər müqabili”ndə daimi yaşayış icazəsi “satın alıblar”. Onların müştəriləri əsasən Çin, Oman və Cənubi Afrikalılar olub. Araşdırmalarla müəyyən olunub ki, bu şəbəkə yaşayış icazələrini Kerpen, Solingen şəhərlərində, Reyn-Erft bölgəsində və Düren rayonundakı miqrasiya idarələri vasitəsi ilə həll ediblər. Hazırda istintaq şəbəkənin miqrasiya idarələrinə uzanan “əlləri”ni ifşa etməklə məşğuldur…”

araz.az xəbər portalı.