Nizami rayonunun Rüstəm Rüstəmov küçəsindəki yaşıllıq zolağında 30-a yaxın zeytun ağacının kəsildiyi deyilir…

araz.az Poliqon-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video paylaşılıb.

Bildirilir ki, hadisə bir neçə gün öncə, tikilməkdə olan “Premium Park” yaşayış kompleksinin qarşısında baş verib.

“Çoxillik ağacları perspektivdə kompleksin qarşısında parkinq yaratmaq üçün kəsiblər. Sıx yerləşən ağaclar bu işə mane olurdu, indi isə yaşıllıq seyrəlib və ağacların arasında maşın saxlamaq üçün şərait yaranıb. Kəsilən ağacların əvəzinə sanki kompensasiya olaraq kiçik yolkalar əkiblər. Amma zaman keçdikcə onları da qurudub yox edəcəklər”, – deyə ərazi ilə bağlı iddia irəli sürülüb.

 

araz.az xəbər portalı.