Mehmana kəndindəki yunanlar özlərini erməni(!) kimi hiss etdiklərini bildirirlər…

 204499.jpg

Azərbaycanın işğal altındakı Kəlbəcər rayonunun Mehmana kəndində 100 yaşlı yunanın yaşadığı bəlli olub.

Moderator.az xəbər verir ki, bu haqda separatçı erməni nəşrləri məlumat yayıb. Məlum olduğu kimi, orta əsrlərdən bəri Türkiyədən Qafqaza, o cümlədən Azərbaycana Pont yunanları(izah üçün bax:

https://az.wikipedia.org/wiki/Pont_yunanlar%C4%B1) köçürülüb.

Onların xeyli hissəsi hazırda inzibati cəhətdən Kəlbəcər rayonuna daxil olan keçmiş Ağdərə rayonunun Mehmana kəndində məskunlaşıb. Erməni mənbələrinin yazdığına görə, müharibə zamanı Pont yunanlarının bir hissəsi Yunanıstana köçüb. Lakin bəziləri sonradan geri dönüb. 100 yaşlı Kolya(Nikolas) da belələrindəndir. O, Saloniki şəhərində bir müddət yaşadıqdan sonra artıq özünə vətən hesab etdiyi Qarabağa geri dönməyi qərara alıb. Nikolas, eləcə də Mehmana da yaşayan digər yunanlar deyir ki, biz milliyyətcə yunan olsaq da, özümüzü erməni kimi hiss edirik. Nikolas həyətində Yunanıstan bayrağı asıb…

P.S. Deyəsən, Qarabağda Azərbaycan bayrağından savayı, bütün dövlətlərin bayrağı asılıb…

Sultan Laçın

araz.az xəbər portalı.