Çində bəzi göllərin altında ən azı 150 min il yaşı olan dəmir borular aşkarlanıb.
Moderator.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bu kəşf bütün elm dünyasını şoka salıb. Buna səbəb 150 min öncəyə aid dəmir əridən hər hansı bir sivilizasiyanın mövcudluğu ilə bağlı elmdə heç bir məlumatın olmamasıdır. Hansı ki, Çində tapılan dəmir borular 150 min öncə yüksək texnologiyaya malik sivilizasiyanın mövcudluğu faktını ortaya qoymaqdadır.
Mütəxəssislər hesab edir ki, bu tapıntılar uzaq minilliklərdə yüksək elmi və texnologiyalara malik sivilizasiyaların mövcudluğu istiqamətində yeni elmi araşdırmalar üçün yeni stimul olacaq.
araz.az xəbər portalı.