Bu ölkə rəhbərliyinin son onilliklərdə törətdiyi İslama zidd əməllərin də Qiyamət əlamətləri olduğunu, söyləsək, yəqin ki, yanılmarıq…
Bir neçə həftədir ki, hava Səudiyyə Ərəbistanı xalqına gözlənilməz sürprizlər təqdim edir. Belə ki, ötən Cümə günü Məkkə əyalətinə qarla qarışıq yağışlar hücum çəkdi. Səudiyyə Ərəbistanının şimal-qərbindəki Tabuk əyalətini isə bir qar çovğunu ziyarət etdi.
Moderator.az xəbər verir ki, ölkədə yaşanan son iqlim fəsadlarıyla bağlı Məkkədəki Məscidül-Haram məscidinin imamı Şeyx Səud əl-Şureym özünün rəsmi “Tvitter” səhifəsində yazıb: “Səudiyyə krallığı əraziləriə yağan güclü qar Allahın Rəsulu Məhəmməd peyğəmbərimizin (s.ə.v) hədislərində söylədiklərinin həyata keçməsinin bir əlamətidir. Şeyxin sözlərinə görə, bu qar “səhralarda çaylar və bitki örtüyünün yaranmasının əsas və ən vacib mənbəyidir”. Bu haqda “Akhbaar24” kanalı məlumat yayıb.
Şeyx əl-Şureym Peyğəmbərimizin (s.ə.v.) xatırlatdığı hədisini də nəql edib: “Ərəblərin torpaqlarında bağlar yenidən çiçəklənməyincə və çaylar axmayınca Qiyamət günü gəlməyəcəkdir” (Müslim).
Məscidül- Haram imamı sözünə belə davam edib: “Tabuka düşən qarı kim gördüsə, Peyğəmbərimizin(s) Tabuk döyüşündə Tabuk bölgəsinin bağçalarla dolacağını səhabəsi Maaza bildirməsini xatırlasın. Müslümün nəql etdiyi hədisə görə, Tabuk döyüşündə, Allah Rəsulu (s.ə.v.) səhabəsi Maaza belə deyib: “Əgər həyatın uzun olarsa, ey Maaz, buralarda hər yerin bağçalarla necə dolacağını görəcəksən”
P.S. Son onilliklərdə Səudiyyə Ərəbistanı Krallığının rəhbərliyindəki hədsiz harınlıq, bu ölkənin ABŞ, Britaniya və s. əlaltısı kimi xarici ölkələrə müxtəlif adlar və formalarda vəhhabi terrorçuluğu ixrac etməsi də ixrac edərək İslama müdhiş zərbələr vurması, milyonlarla insanın müharibələrdən, terrorlardan, aclıqdan zülm çəkməsinə səbəb olmasının da Qiyamət əlaməti olduğunu söyləsək, yəqin ki, səhv etmərik…
Sultan Laçın
[bt_youtube url=”https://youtu.be/CE96jRRLLi8″ width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]araz.az xəbər portalı.