1543056735_br-00.jpg

Sovet İttifaqı Kommunist Partiyasının baş katibi Leonid Brejnev xarici liderlərin hədiyyə etdiyi çox bahalı avtomobilləri sürməyi, hokkeyə baxmağı, eləcə də ova getməyi xoşlayırdı. Ölkə durğunluq dövründə yaşasa da, özünə saysız-hesabsız orden və medal vermişdi, mükafatlar təsis etmişdi və yüksək məbləğdə qonorar yazmışdı. Yeri gəlmişkən, çoxları hələ də onu ən uğurlu və istedadlı sovet lideri hesab edir.

Araz.az xəbər verir ki, Amerika prezidenti Riçard Nikson özünün şəhərkənarı Kemp-Devid iqamətgahında sovet həmkarı Leonid Brejnevi qarşılayıb. O, ona 1973-cü ildə orada tünd göy rəngli və qara salonlu yeni “Lincoln Continental” hədiyyə edib. ABŞ prezidenti özü də eyni maşında gedirdi. Avtomobildə belə yazı görünürdü: “Xoş xatirəsi üçün. Ən xoş arzularımla”. Açarları Brejnevə təqdim edəndə Niksonun ağlına gəlməzdi ki, bir neçə dəqiqə sonra nə baş verəcək.

Baş katibin hobbisi - Brejnev orden və hədiyyələrlə yanaşı ov etməyi də çox sevirmiş

Amerikalılara bu qiymətli hədiyyə üçün təşəkkür edən SSRİ-nin baş katibi bir göz qırpımında sükan arxasına keçib Ağ evin sahibini də özü ilə götürür. Çaşqın mühafizəçilər nəzər salmağa macal tapmamış, iki böyük dövlətin lideri artıq Merilend ştatının əyri-üyrü, dərə-təpəli yolları ilə hərəkət edirlər. Brejnev marşrutu bilməsə də, maşını daha sürətlə sürürdü. Budur, Lincoln artıq saatda 80 kilometr sürətlə şütüyürdü. Birdən yolda təhlükəli dönüş qarşıya çıxır. Qorxmuş Nikson baş katibdən bir neçə dəfə sürəti aşağı salmasını xahiş edir. Brejnev birdən əyləci basır, maşın dövrə vurmağa başlayır.

Hədiyyələr, bahalı əyləncələr

Sovet lideri həmişə qorxulu sürücü olub. O, avtomobil vurğunu idi. Şahidlər deyirlər ki, baş katibin avtomobil parkında 50-dən 300-ə qədər maşın olub. Onun maşın həvəskarı olduğunu bildiklərindən, o vaxtın tanınmış siyasətçiləri ona avtomobil hədiyyə edirdilər. Belə ki, Niksondan başqa, İtaliya Kommunist Partiyasının lideri Brejnevə “Maserati Quattroporte”, Almaniya Federativ Respublikasının kansleri isə “Mercedes-Benz 600” bağışlayıblar.

Baş katibin hobbisi - Brejnev orden və hədiyyələrlə yanaşı ov etməyi də çox sevirmiş

Brejnev təmtəraqlı yaşamağı sevirdi. Baş katib 1973-cü ildə özünə məbləği 25 min rubl olan Lenin mükafatı verib. O zaman bu, əfsanəvi pul idi, lakin kitablarının satışından aldığı qonorarla müqayisədə əsl qəpik-quruş sayılırdı.

Sovet lideri “Kiçik torpaq”, “Xam torpaq” və “Dirçəliş” kimi ədəbi əsərlərin müəllifi hesab edilirdi. O, onlara görə 180 min rubl məbləğində qonorar alıb. Həmin kitabların hər biri 15 milyon nüsxədən çox tirajla buraxılıb. Rəhbərin memuarları məktəb proqramına daxil edildiyindən, ona görə onlar daim yenidən nəşr olunduğundan Brejnev daha çox gəlir əldə edirdi.

Bahalı mənzilə gəldikdə, Mərkəzi Komitənin baş katibi uzun illər Moskvanın Kutuzov prospektində yaşayıb. Lakin onun mənzilləri haqda məlumatlar fərqlidir. Bəziləri iddia edirlər ki, bu, təxminən 65 kvadratmetr olan kiçik mənzil idi. Digərləri mənzilin sahəsinin 185 kvadrat metr təşkil etdiyini, orada 6 otaq, iki ayaqyolu və vanna otağı olduğunu iddia ediblər. Baş katibin genişliyi sevdiyini kim bilirdisə, ikinci versiyaya inanırdı.

Şayiələr gəzirdi ki, 1978-ci ildə Qranatnom dalanında xüsusi olaraq Brejnev və digər yüksək vəzifəli məmurlar üçün doqquzmərtəbəli bina tikilib və oradan baş katibə 500 kvadrat metrlik mənzil ayrılıb. Lakin dövlkət başçısı yenə də Kutuzov prospektində qalıb və guya iddia edib ki, yeni mənzil o qədər də rahat olmayıb.

Əlində tüfəng ilə

Baş katibin hobbisi - Brejnev orden və hədiyyələrlə yanaşı ov etməyi də çox sevirmiş

Brejnevin bütün boş vaxtını şəhərdən uzaq, yaxın Zalesye və uzaq Zavidovye bağ evində keçirməyə çalışdığını nəzərə alsaq, o, ova getməyi çox sevirdi.

Zavidovye dövlət başçısının rəsmi iqamətgahı hesab olunmasa da, Brejnev orada tez-tez olurdu. Onun yanında müvəqqəti qoruq vardı. Lama çayının mənzərəli sahilində qranit, mərmər və qiymətli ağac növləri ilə işlənmiş ikimərtəbəli malikanə, 12 nömrəli kino zalı, bilyard meydançası olan lüks xüsusi mehmanxana tikilmişdi.

70-ci illərin əvvəlində baş katib və onun dostları üçün hovuz da tikmişdilər. Brejnevin xüsusi sifarişi ilə maral, donuz və sığın ətindən hazırlanan xüsusi kolbasa-hisləmə sexi də qurmuşdular.

Burada rahat ov etmək üçün 200 kilometrlik məsafədə meşə yolu asfaltlanmışdı. Şayiələr gəzirdi ki, bu yolların tikintisi dövlətə iki milyon rubla başa gəlib.

Ov hərisi Brejnev donuz ovlamağı xüsusilə sevirdi. Onun tabeliyindəkilər deyirlər ki, o, donuzlara güllədən atəş açmırdı, saatlarla oturaraq heyvanın gəlməsini gözləyirdi. Lakin çöl ördəyini ovlamağı da özünə ayıb hesab etmirdi. Brejnev hər ovdan sonra səliqə ilə öz ov gündəliyinə nəticələri yazırdı.

Brejnev qışda da ova getməyi xoşladığından Zavidovedə hər cür şəraiti olan isidilən xüsusi qüllə tikilmişdi. Bundan əlavə, ratsiya vasitəsilə Brejnevə vəhşi heyvanın yaxınlaşması haqda xəbərdarlıq edilirdi.

Brejnevin şəxsi mühafizəsinin rəis müavini Vladimir Medvedyevin sözlərinə görə, baş katib məharətli atıcı idi və silahdan yaxşı başı çıxırdı. “Yoldaşlar, dostlar, bizimkilər kimi xaricilər də onun zəif yerini bildiklərindən ona ad günündə və istənilən digər uyğun gələn gündə ən dəbdəbəli tüfəng hədiyyə edirdilər”, – o xatırlayır.

Brejnevin Zareçyedəki bağ evində üç böyük seyfdə 90 silah, o cümlədən zavod nömrələri LİB-1 (Leonid İliç Brejnev) və LİB-2 iki üksklüziv tapança saxlanılırdı. Onlar əsl sənət əsəri kimi görünürdülər: qızıl və fil sümüyü ilə işlənmişdilər.

Brejnev Zavidovaya və geri yenə də ABŞ prezidenti Niksonun hədiyyə etdiyi Cadillac Eldoradonun sükanı arxasında oturaraq gedib gəlirdi.

Brejnevlə işləyən nomenklaturanın nümayəndələri xatırladırlar ki, adətən Zavidovoya gediş hazırlığı ssenari üzrə keçib: içki, hamam və ovçuluq. O orada qışda xizəkdə gəzməyi xoşlayırdı. Bu qeyri-rəsmi iqamətgaha Brejnevin yanına yüksək vəzifəli qonaqlar gəlirdilər. 1974-cü ildə ABŞ-ın dövlət katibi Henri Kissincer SSRİ-yə gəlib, o da sovet lideri ilə ova gedib.

Bu səfər dəfələrlə Brejnevin zarafat mövzusu olub. Baş katib istehza ilə deyirdi ki, Dövlət Departamentinin başçısı əlində tüfəngi o qədər bacarıqsız tuturdu ki, donuz əvəzinə öz peyklərini vura bilərdi. Kissincer ovdan sonra gülərək deyirdi ki, “donuzlardan biri belə uğursuz ovçunu görərək ürək partlamasından ölüb”.

Zamanı geriyə döndərmək

Baş katibin hobbisi - Brejnev orden və hədiyyələrlə yanaşı ov etməyi də çox sevirmiş

Hokkeyin adlı-sanlı fanatı Brejnev oyunlara getməyi, həmişə saat 21:00-da başlayan “Vremya” (“Zaman”) proqramına baxmağı çox xoşlayırdı. “Lujniki”dəki hokkey oyunları azarkeşlərin işdən çıxıb yetişə bilməsi üçün adətən 19:30-da keçirilirdi. Brejnev baş katib olana qədər belə idi. Televiziyaçılara irad bildirmək, proqramı irəli çəkməyi tələb etmək əvəzinə, o, ölkə rəhbərliyini hokkey oyunlarını bir saat əvvələ keçirməyə məcbur edir. Amma heç kimi narahat etmirdi ki, azarkeşlərin çoxu işə görə oyunun əvvəlinə çata bilməyiblər, əvəzində yoldaş Brejnev hokkey oyunundan sonra sevimli proqramı başlayana qədər evə qayıtmağa macal tapırdı.

Dövlət başçısı çoxlu mükafat kolleksiyası toplamışdı, onların dəqiq sayı məlum deyildi. Sovet dövründə Brejnevi rişxəndlə “İki Dəfə Sovet İttifaqı İliçi” deyə çağırırdılar. Onun adı “dünyanın ən çox mükafatlandırlan insanı” kimi Ginnesin rekordlar kitabına salınmışdı. Bildirilirdi ki, baş katibin Sovet İttifaqının 15 ordeni və 18 medalı, eləcə də xarici ölkələrin 29 medalı və 49 ordeni var. Yenidənqurma dövründə isə Leonid İliçi SSRİ-nin ali hərbi mükafatından – Qələbə ordenindən məhrum ediblər.

Şayiələr gəzirdi ki, Brejnevin kitelinin çəkisi bütün medal və ordenləri ilə birlikdə 6 kiloqrama qədərdir. Yeri gəlmişkən, baş katibin onun özü üçün məxsusi təsis etdiyi mükafatlar var idi: “Sovet İttifaqı Kommunist Partiyasında olmasının 50 illiyi”. O, özünün 75 illik yubileyində 8 ölkədən 13 müxtəlif orden almışdı. Dövlət mükafatları ilə yanaşı, Brejnevin idarə və müəssisə mükafatları da var idi. Məsələn, 1977-ci ildə onu SSRİ Jurnalistlər İttifaqının üzvlük bileti ilə mükafatlandırmışdılar. Marşal Jukov kimi o da 4 dəfə Sovet İttifaqı Qəhrəmanı idi. Baş katib Sosialist Əməyi Qəhrəmanı mükafatı ilə yanaşı, 5 dəfə “Qızıl Ulduz” medalının da sahibi olmuşdu və ondan başqa heç kim belə mükafatlara layiq görülməmişdi.

Baş katibin xarici mükafatları da insanları heyran edirdi. Müxtəlif hesablamalara görə, Brejnevi 50-dən 70-ə qədər dövlət şərəfləndirib: onun Argentina, Vyetnam, Qvineya, Bolqarıstan, Macarıstan, İndoneziya, Almaniya Demokratik Respublikası, Kuba, Şimali Koreya, Yəmən, Laos, Monqolustan, Polşa, Yuqoslaviya, Çexoslovaviya, Finlandiya, Rumıniya və digər ölkələrin orden və medalları olub.

/Reyting.az/

araz.az xəbər portalı.