Nizami rayonunda yerləşən Sağlamlıq İmkanları Məhdud 3 saylı Xüsusi İnternat məktəbində baş verən qalmaqallı hadisələr xeyli müddətdir müzakirə mövzusudur. Direktor Tariyel Əkbərovun kollektivdə yaratdığı gərgin vəziyyət o həddə çatıb ki , iyirmi ilə yaxın bir muddət ərzində birgə çalışan müəllimlər direktorun təkidi, daha dəqiq desək, qorxusu ilə bir- birinin əleyhinə imzalar toplayırlar.

Direktor xoşu gəlməyən müəllimi bu yolla ləkələməyə, töhmət yazmağa, hətta qeyri-qanuni şəkildə işdən kənarlaşdırmaga nail olur. Bu da onun pedoqoji fəaliyyətində , ömür yolunda ən böyük “qazanc”ıdır. Tariyel Əkbərov onu da unutmasın ki , həqiqi zəfər qan tökülmədən qazanılan zəfərdir.

Buna əyani sübut kimi məktəbin müəllimi Könül Səmədlinin bu yaxınlarda səbəbsiz yerə işdən çıxarılmasını göstərmək olar. Belə ki pedoqoju şuranın iclası olmadan direktor Könül Səmədlini işdən kənarlaşdırdı.

Məktəbdə keçirilən iclasda direktor müəllimin ünvanına şər – böhtan yaxaraq onu şagird döyməklə ittiham etdi. Halbuki şagirdin döyülməsi ilə bağlı bir fakt belə yoxdur. Direktor döyülməklə bağlı video görüntü eləcə də tibbi ekspertiza təqdim etməyib. Edə də bilməz.

Məktəbin bir neçə müəllimi direktora xoş gəlsin deyə öz həmkarının üzünə çox asanlıqla dayanıb. Bu da direktorun məktəbdə apardığı dırnaqarası təhsil “islahatı”dır.

Redaksiyamıza daxil olan bir foto fakt sözün düzü diqqətimizi çəkdi. Beləki həmin fotoda cırılan jurnal əks olunur. Araşdırdıq və məlum oldu ki , həmin cırılan jurnal səbəbsiz yerə cırılıb zibil qabına atılmayıb.

Jurnalı cıran direktor və onun  komandası məktəbdə dərs əvəzlərini öncə  istədikləri müəllimə veriblər. Bu dərs əvəzlərində olan maliyyə cinayətlərinin sonra üstü açılmasın deyə, jurnalı cırıblar ki, fırıldağın izləri ört-basdır olsun.

Arasdirma nəticəsində o da məlum oldu ki , bu dərsləri əvəz edən müəllimlər ümumiyyətlə olmayıb, dərslərdən gələn gəlirləri isə Taryel Əkbərov rahatlıqla özününküləşdirə bilib.

Aldığımız məlumatlara görə məktəbdə bir neçə müəllimin adına əlavə maaşlar da yazılıb. Sonra həmin maaşlar müəllimlərdən alınaraq əlbəəl direktora ata malı kimi çatdırılıb. Ümid edirik ki , bu və digər maliyyə maxinasiyalari tezliklə aidiyyatı orqanlar tərəfindən araşdırılacaq.

Böyük yunan filosofu Aristotel deyirdi ki ,bütün ədalətsizliklər arasında ən dözülməzi qanun adı altında törədilən ədalətsizlikdir.

Tariyel Əkbərovun qanun və haqq qarşında etdiyi ədalətsizliklərin də zamanı yetişəcək. Cənubi amerikalıların təbirincə desək zaman nə çıxar,nə də bölər. Lakin elə bir şəkildə toplayar ki,vurma belə onun yanında heç qalar.

Tariyel Əkbərovun İxtisasartirma kursundan aldığı diplom Təhsil Nazirliyin əməkdaşları tərəfindən saxta elan edildikdən sonra o məcbur qalıb əyri yollarla Azərbaycan Dövlət Pedaqoji Universitetində riyaziyyat müəllimliyi ixtisası üzrə ikinci ali təhsil alıb. Maraqlıdır, ilk təhsil sənədi saxta olan, ixtisası üzrə riyazi və informatik bilikləri 4-cü sinif səviyyəsinin tələblərinə cavab verməyən Tariyel Əkbərov ikinci ali təhsili necə alıb?

Bu günə qədər təhsil sahəsində müəllimlərə yalnız hədə-qorxu gəlməklə , onları müxtəlif huquq- mühafizə orqanlarının adıyla qorxutmaqla , təhdid etməklə , etik davranış qaydalarına pozmaqla ad çıxarmış Tariyel Əkbərov hələ də elədikləri qarşılığında layiqli cəzasını almayıb. Ümid edirik, tezliklə haqları pozulan müəllimlər öz haqlarına çatacaqlar və öz layiq olduqları yerdə olduqlarına sevinəcəklər. Sağlıq olsun!

Analoq.az

araz.az xəbər portalı.