Xəbər verdiyimiz kimi, Naxçıvan Ali Məclisinin qərarı ilə muxtar respublikanın yeni Baş naziri Ceyhun Cəlilov təyin olunub.
Ölkə mətbuatının verdiyi xəbərə görə, Naxçıvan Ali Məclisinin qərarı ilə, Muxtar Respublikanın yeni Baş naziri Ceyhun Cəlilov təyin olunub. araz.az yeni Baş nazirin dosyesini oxucularına təqdim edir:
Ceyhun Ramiz oğlu Cəlilov 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərində anadan olub.
2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr, 2012-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin eyni ixtisası üzə magistratura, 2013-cü ildə isə Böyük Britaniya Krallığının Esseks Universitetinin maliyyə ixtisası üzrə magistratura səviyyəsini bitirib.
2011-2013-cü illərdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin (indiki İqtisadiyyat Nazirliyi) Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsində, 2013-2021-ci illər ərzində “bp Caspian” şirkətinin Maliyyə departamentində müxtəlif vəzifələrdə çalışıb.
1 mart 2021-ci il tarixində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin İdarə Heyətinin sədrinin müşaviri vəzifəsinə, 13 avqust 2021-ci il tarixində isə İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib.
2023-cü ilin mart ayında Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə təyin edilib.
Evlidir, iki övladı var.
araz.az xəbər portalı.