Banan dünyada ən çox yetişdirilən tropik meyvələrdən biridir. İmmunitet sisteminin fəaliyyətini yaxşılaşdıran zəngin B6 vitamini mənbəyidir.
araz.az xarici mediaya istinadən bananın faydalarını təqdim edir:- Banan qan şəkərini balanslaşdırmağa kömək edir.
– Ürək sağlamlığını qoruyur.
– İnsulin müqavimətini artırmaqda təsirlidir.
– Hüceyrələri oksidləşdirici stresdən qoruyaraq yaşlanma əleyhinə təsir göstərir.
– Mədə narahatlığını aradan qaldırmağa kömək edir.
– Tərkibindəki kalium sayəsində güclü enerji mənbəyidir.
– Həzm sisteminin tənzimlənməsində rol oynayır.
– Toxluq hissi yaratdığı üçün pəhriz zamanı rahatlıqla istifadə edilə bilər.
– İdman performansını artırmağa kömək edən banan həm də idmançıların üstünlük verdiyi qidadır.
araz.az xəbər portalı.