Xeyli müddətdir ki, neft-qaz sənayesi sahəsinin inkişaf etdirilməsində xüsusi xidmətləri olan, ötən 12 il 6 ay ərzində SOCAR AQŞ-də baş direktor vəzifəsini daşıyan, möhtərəm Prezidentin imzaladığı sərəncam əsasında “Tərəqqi” medalı ilə təltif olunan, eyni zamanda Yeni Azərbaycan Patriyasının üzvü olan Ramin İsayevə qarşı irəli sürülən 16 milyon manatlıq mənimsəmə faktı ilə bağlı əsassız iddialar, bu gün də geniş ictimaiyyətin diqqətini cəlb etməkdədir.
Təəssüf doğuran hal odur ki, dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən hesab olunan Harvard Universitetində təhsilini başa vuran Ramin İsayevə qarşı bəzi qüvvələrin düzüb-qoşduqları oyun qaydaları, son anda bu şəxsin həbs olunması ilə nəticələndi.
Faktdır ki, SOCAR AQŞ-nin sabiq baş direktoru həbs olunsa da, bu şəxs barəsində irəli sürülən ittihamlar hələ də öz təsdiqini tapmır. O halda sual oluna bilər ki, görəsən bəzi “qara qüvvələr”in Ramin İsayevə qarşı ortaya qoyduqları qisasçılığa səbəb nədir? Məgər, belə bir şəxsin həbsdə saxlanması xalqımıza və dövlətimizə başucalığı gətirirmi? Əsla yox! Əslində, daha yaxşı hal o olar ki, neft-qaz sənayesi sahəsi üzrə peşəkar mütəxəssis hesab olunan Ramin İsayevin potensialından, bacarığından, iş təcrübəsindən lazımi məqsədlər üçün istifadə olunsun. Xoşagəlməz hal odur ki, sabiq baş direktorla bağlı belə bir addımları atmaq əvəzinə, bu gün də o, heç bir əsas olmadan həbsdə saxlanır və ona qarşı insanlıqdan kənar münasibət göstərilməkdə davam edir.
araz.az gundemxeber.az-a istinadən xəbər verir ki, həbs olunduğu vaxtdan bu günə kimi Ramin İsayevlə bağlı aparılan istintaq araşdırmaları zamanı, bu şəxs barəsində irəli sürülən ittiham öz təsdiqini tapmır. Yəqin ki, belə bir səbəbdən də, Ramin İsayev yaxın vaxtlarda öz azadlığına qovuşmalıdır. Bəli, azadlıqda yaşamaq, xalqına və dövlətinə şərəflə, vicdanla, ləyaqətlə xidmət etmək, çoxları kimi bu şəxsin də vətəndaş hüququdur. Bir xatırlamanı yada salaq ki, ölkə başçısı İlham Əliyev çıxışlarının birində “gectez haqq-ədalət öz yerini tapacaq” dedi. Ümid edirik ki, Ramin İsayevin heç bir əsas olmadan həbsdə saxlanması möhtərəm Prezidentin də diqqətini cəlb edəcək və ona qarşı qol qoyulan ədalətsizliyə, haqsızlığa yaxın vaxtlarda son qoyulacaq. Bəli, biz də o qənaətdəyik ki, bu şəxsə qarşı təhlükəli oyun quranların niyyətləri yaxın vaxtlarda puç olacaq və o, öz azadlığına qovuşacaq. Əslində, ötən ilin iyul ayından düzüb-qoşulan oyun qaydaları əsasında Ramin İsayevin həbsdə saxlanmasını, ölkə rəhbərinin həyata keçirdiyi siyasətin əleyhinə yönəlik xəyanət də hesab etmək olar. Çünki, bu şəxsin həbsdə saxlanması həm dövlətimizin imicinə, həm də ölkəmizin adına ləkədir.
Bütün bunların fonunda ortaya belə bir sual da çıxır ki, görəsən SOCAR AQŞ-nin sabiq baş direktorunu həbsdə saxlamaq, ona maddi və mənəvi əzab-əziyyət vermək hansı qüvvələrin maraqlarına xidmət edir? Deməli, bu şəxsin bilik və bacarığını, özündə cəmləşdirdiyi potensialı və digər göstəricilərini həzm edə bilməyən “qara qüvvələr”, son anda insanlıqdan kənar addımlarını atmağa qərar verirlər. Amma onu da unutmaq olmaz ki, ataların belə bir zərb-məsəli var: “Haqq nazilər, üzülməz”. Yəqin ki, gectez haqq-ədalət öz yerini tapacaq. Çünki əldə etdiyimiz məlumatlara görə, xarakterik xüsusiyyətində hər zaman ədalət anlayışını uca tutan yeni ədliyyə naziri cənab Fərid Əhmədov da, Ramin İsayevin qanunsuz həbsdə saxlanması məsələsinə xüsusi diqqət yetirəcək və o, bu yöndə lazımi araşdırmaların aparılması, haqq-ədalətin öz yerini tapması üçün aidiyyatı üzrə lazımi tapşırıqlarını da verəcək.
Bir eyniləşməni geniş ictimaiyyətin diqqətinə çatdırmaq istəyirik ki, ailənin beş üzvünü qətlə yetirən Əhməd adlı şəxs müalicə müəssisəsinə göndərilir, barəsində irəli sürülən saxta ittihamın təsdiqini tapmadığı Ramin İsayev isə həbsdə saxlanır. Bu nə dərəcədə düzgündür və hansı məntiqə sığır, yaxud da sığırmı?
Onu da qeyd edək ki, əldə olan lazımi sənəd-sübutlar bir daha təsdiq edir ki, Ramin İsayevin aldığı əmək haqqının dəyişdirilməsi, yaxud da onun mükafatlandırılması və s., SOCAR AQŞ MMC-nin səhmdarlarının səlahiyyət verdiyi Yusif Cabbarov tərəfindən icra olunur. Ümumiyyətlə, Ramin İsayevlə bağlı irəli sürülən ittihamların tamamilə əsassız olduğunu sübuta yetirmək heç də çətin məsələ deyil. Məsələn,
1. Hər bir iri şirkətdə olduğu kimi, SOCAR AQŞ MMC-də də bu şirkətin adına alınmış korporativ kart olub və bu kart şirkətin xəzinədarında ödənişlər üzrə mühasibində saxlanılıb. Həmin korporativ kartdan şirkətin biznes məqsədləri üçün istifadə olunub və hər bir ödənişlər mühasib tərəfindən qanunvericiliyin tələblərinə uyğun sənədləşdirilib və sənədlər mühasibatlıqda saxlanılıb.
2. Korporativ kartdan səhmdarın göstərişi əsasında müəyyən məqsədləri üçün, o cümlədən sifarişçi təşkilatların səhmdar tərəfindən tövsiyə edilən rəhbər işçilərinə bayramlarda hədiyyələrin alınmasına sərf edilib və lazımi sənədlər tam şəkildə mühasibatlıqda olub.
3. Bundan əlavə, həmin kartdan Neftçilər Günü, Yeni il və Novruz-Bahar bayramı münasibətilə qabaqcıl işçilərə çoxsaylı dəyərli hədiyyələr alınıb və tədbirlərdə işçilərə təqdim olunub. Həmin tədbirlərin hər biri foto-video qeydlərdə qalır. Bununla bağlı da müvafiq sənədlər tam şəkildə mühasibatlıqda olub.
Yazıda adı keçən hər kəsin mövqeyini dinləyə bilərik. Araşdırmamız davam edəcək. Ardı var.
araz.az xəbər portalı.