“Ermənistanın Azərbaycandan qaz alması ilə bağlı ilkin razılıq yoxdur, amma müzakirələr olub”.
araz.az xəbər verir ki, bunu Ermənistan parlamentinin hakim “Mülki müqavilə” fraksiyasının deputatı Babken Tunyan deyib.
Deputat bildirib ki, Ermənistan üçün əsas məsələ enerji mənbələrini şaxələndirməkdir:
“Ölkələr üçün enerji resursunu haradan almağın fərqi yoxdur. Enerjini ən ucuz və sərfəli olan yerdən əldə etmək lazımdır. Təchizat mənbələrini şaxələndirmək lazımdır ki, enerji təhlükəsizliyini artıra bilək. Hazırda bizim qaza olan tələbatımızı İran və Rusiya ödəyir. Əvvəl təkcə Rusiyadan qaz alırdıq, sonra İrandan da almağa başladıq. Lazım gələrsə, bu siyahıya başqa ölkələr də əlavə edilə bilər. Əgər başqa ölkədən qaz almağımız daha uyğun olacaqsa, alınsın.
Rusiya strateji müttəfiqimizdir, amma onlar qazı bizə pulsuz vermirlər. Bir vaxtlar həmin strateji müttəfiq 300 milyon dollarlıq qaz borcumuzun müqabilində Ermənistandan bəzi strateji obyektləri alıb. Normaldır, almışıqsa, ödəməliyik. Rusiya qazı bahalaşdıqda isə biz artıq oradan təchizat həyata keçirə bilməyəcəyik”.
Xatırladaq ki, ötən gün Ermənistan parlamentinin spikeri Alen Simonyan İrəvanın qaz satışı məsələsini Bakı ilə müzakirə etməyə hazır olduğunu bildirib./Globalinfo.az
araz.az xəbər portalı.