TƏLƏSİN! Səsvermə noyabrın 30-dək davam edəcək!
Rusiya Federasiyasının 45 hava limanına ölkənin dahi şəxsiyyətlərinin adlarının verilməsi ilə əlaqədar səsvermə elan edilib. Modern.az xəbər verir ki, bu səsverməyə Rusiya tarixində həyati əhəmiyyətli rol oynamış iki azərbaycanlının – Fərman Salmanov və Sabit Orucovun da adları daxil edilib. Müsabiqə noyabrın 30-da bitir.
Səsvermə çox sadədir: ya iki sosial şəbəkə, ya da Rusiya nömrəsi olanlar SMS vasitəsilə səs verə bilərlər.
Rusiya nömrəsi olmayanlar 2 sosial şəbəkədən 1-2 dəqiqə ərzində qeydiyyatdan keçərək səsvermədə iştirak edə bilərlər.
Sabit Orucovun adı Novıy-Urenqoy (qeyri rəsmi olaraq Rusiyanın qaz paytaxtı adlanır) şəhərinin hava limanına veriləcək adlar sırasında yer alır. Onun adını seçib səs verməklə həmyerlimizin adının əbədiləşdirilməsinə töhfə vermiş olursunuz.
https://xn--80adjaaqabpiqn.xn--p1ai/members/noviyurengoy
Fərman Salmanovun adı isə Nijnevartovsk şəhərinin hava limanına veriləcək adlar sırasında yer alır. Onun adını müvafiq qaydada seçib səs verə və bu aeroportda onun adını əbədiləşdirə bilərsiniz.
https://xn--80adjaaqabpiqn.xn--p1ai/members/nignevartovsk
Namidə BİNGÖL
araz.az xəbər portalı.