araz.az bildirir ki, Bakının Nizami rayonundakı M. X. Şərifli küçəsi, 74, mənzil, 72 ünvanda yaşayan Elçın Məhəmməd oğlu Abbasov mia.az saytı vasitəsi ilə, paytaxtın icra başçısı Eldar Əzizova yerli məmurların hədsiz özbaşınalığından şikayətlənib.
O, sayt vasitəsi ilə Eldar Əzizova üz tutaraq, deyib ki, problemlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin “Qaynar xətti”nə məlumat versə də, şikayətinə məhəl qoyulmayıb:

“Deməli, Nizami rayonu Şərifli küçəsində yeni hündürmərtəbəlii bina tikilib. Hmin binanın sahibi oradakı mənzillərin sahibləri üçün nəzərdə tutulan onlarla zibil qutularını yerlərindən götürərək, düz bizim evin qənşərinə qoydurub. Təbii ki, bu, “elə-belə” edilməyib. Sizcə, burada balaca bir daşı yerli məmurların icazəsi olmadan yerindən tərpətmək və ya başqa daşın üstə qoymaq mümkündürmü? Təbii ki, yox!.

İndi bu işbazlar zibil qutularını düz bizim evin qarşısına qoymaqla rahat yaşayışımızı pozublar. Artıq indidən bayır bir yana, heç evimizdə də rahat nəfəs ala bilmirik. Yaxşı, bəs yayda nə edəcəyik? Pəncərəmizi necə açaq, necə evin havasını dəyişək?

Sizdən xahiş edirik, zibil qutularının ya əvvəlki yerinə, ya da başqa yerə köçürülməsi üçün buradakı “işbaz məmurlar”a göstəriş verin…!”

 

img img

araz.az xəbər portalı.