Dörd kənddən sonra Vardenis (Basarkeçər), daha sonra Sünik (Zəngəzur) veriləcək. Vardenisdən 10 kəndin, Sünikdən isə 8 kəndin Azərbaycana təhvil veriləcəyi haqda məlumatlar yayılır.
araz.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə erməni politoloq Artur Xaçikyan bildirib.
Onun iddiasına görə, Zəngəzur dəhlizinin Ermənistan hissəsində artıq işlər başlayıb:
“Azərbaycanın Naxçıvana çıxışının təmin edəcək bu dəhlizdə yolların asfaltlandığı deyilir. Hakimiyyət bunu gizlədir, lakin sosial şəbəkələrdə yolların təmir edildiyi görüntüləri yayılır. Bu o deməkdir ki, kəndlərin verilməsindən sonra dəhlizin verilməsi də gündəmdədir”.
Xaçikyan qeyd edib ki, baş verənlər Ermənistanın yekun kapitulyasiya aktını imzalaması ilə nəticələnəcək.
araz.az xəbər portalı.