Bəzən bir sıra dövlətlərə “təhlükəsiz ölkə” adı verilir.

Həmin ölkədə müharibə riskinin aşağı olduğu, yaşayış üçün əlverişli olduğu vurğulanır. Məsələn, İsveçdə dünya bankları olduğuna görə bu ölkənin tam təhlükəsiz olduğu deyilir.

Bəs ümumiyyətlə, dünyada təhlükəsiz bölgə varmı? Bu fikir xülyadır, yoxsa reallıq

araz.az xəbər verir ki, politoloq Natiq Miri mövzu ilə bağlı Bizim.Media-ya danışıb.

O bildirib ki, insanın mövcud olduğu yerdə təhlükəsiz bölgə anlayışı mövcud deyil:

“İnsan həyatdakı missiyasını dərk edib tam bilənə qədər bu təhlükə davam edəcək. Ona görə də özünüdərk baş verməyənə qədər istər iqtisadi, istər hərbi müstəvidə başqalarının haqlarını mənimsəmək, müstəmləkə siyasətləri, istismar, ekspansiya davam edəcək. Ona görə də “təhlükəsiz və toxunulmaz ölkə” anlayışı mövcud deyil.
Skandinaviya ölkələri təhlükəsiz hesab edilirsə, niyə NATO-ya üzv olurdular? NATO-ya üzv olmaq həmin suverenliyin müəyyən hissəsini bu təşkilata vermək deməkdir. NATO-ya üzv olan ölkələr ümumdaxili məhsulun ən azı iki faizini NATO-nun büdcəsinə verirlər.

Bu da o deməkdir ki, təhlükəsizlik anlayışı sadəcə müəyyən qlobal maliyyə şəbəkələrinin yerləşdiyi ərazilərə görə təyin edilə bilməz. Bu, insanların yanlış təsəvvürü və vəhşiləşməsinə görədir. Çünki özü ilə sülh içində olan insan heç vaxt başqalarına təhlükə törətmir.

Bugünkü siyasi təfəkkür, güc mərkəzlərini idarə edənlər məhz bu cür vəhşi təfəkkürə malikdir. Dünya getdikcə daha çox parçalanmağa davam edir. Aləmlər dağınıq olsa da, insan yaradılış qayəsi olaraq birləşdirici amildir. Ancaq biz bu gün dünyada birləşdirici faktorları görmürük”.

araz.az xəbər portalı.