putin-tramp-uz.jpg

Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin başçısı Sergey Narışkin Ukraynanın bölüşdürülməsini razılaşdırmaq üçün ABŞ-a Mərkəzi Kəşfiyyat İdarəsinin başçısı Mayk Pompeo ilə görüşə gedib.

Araz.az xəbər verir ki, bu haqda Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski “Rossiya 1” telekanalın efirində “60 dəqiqə” proqramında bildirib.

“Mən onunla uçmadım, amma nə barədə razılığa gəldilər? Ukraynanın bölünməsi haqqında, raket hücumundan müdafiə sistemlərinin yerləşdiyi Polşa və Rumıniyaya mümkün zərbələrin endirilməsi və NATO qoşunlarının Baltikyanı ölkələrdən çıxarılması. Bütün solsahil Ukrayna Rusiyaya verilir. Bizim keçmiş sovet respublikalarımız düşünməsin ki, Amerika bizi onlara dəyişəcək və ya əksinə”, – Jirinovski deyib.

Qeyd edək ki, Sergey Narışkin dünən Vaşinqtona səfər edib. Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonovun sözlərinə görə, Narışkin Vaşinqtonda həmkarları ilə məsləhətləşəmələr keçirib və terrorçuluğa qarşı birgə mübarizənin problemləri müzakirə edilib.

Xatırladaq ki, Jirinovski martın 18-də keçiriləcək seçkilərdə qələbə qazanacağım halda, artıq martın 20-də Kiyevin üzərində Rusiya bayrağı dalğalanacağına və Ukraynanın bütün ordusunu məhv edəcəyinə söz verib.

Martda Kiyev tamamilə MƏHV EDİLƏCƏK – ŞOK SSENARİ – VİDEO

Publika.az

araz.az xəbər portalı.