“İndi, nasizmin məğlubiyyətindən 79 il sonra Avropamız, təəssüf ki, yenidən təkcə Ukrayna xalqının deyil, bir çox başqa xalqların taleyinin həll olunduğu döyüş meydanına çevrilib. Bu döyüşdə həyat qalib gəlməlidir”.
araz.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski rəsmi “X” hesabında paylaşım edib.
“Mən Roberta Metsolanı (Avropa Parlamentinin Prezidenti – red.) bu gün sülhsevər və vahid Avropanı qeyd edən Avropa Günündə qarşıladım. Biz Ukraynanın, regionumuzun və bütövlükdə Avropanın həyatını qorumaq istiqamətindəki mövqeyimizi gücləndirmək üçün birlikdə çalışırıq. İndi, nasizmin məğlubiyyətindən 79 il sonra Avropamız, təəssüf ki, yenidən təkcə Ukrayna xalqının deyil, bir çox başqa xalqların taleyinin həll olunduğu döyüş meydanına çevrilib. Bu döyüşdə həyat qalib gəlməlidir.
Həyat milyonlarla ukraynalının yaşayışını alt-üst edən, milyonlarla avropalının həyatını hədəf kimi görən Rusiyanın hava bombaları, raketləri, hücumları və nifrətinə qalib gəlməlidir.
Bu döyüşdə tək olmamağımız, bir çox azad xalqların, cəsur və prinsipial insanların həmrəyliyinə sahib olmağımız həyati əhəmiyyət kəsb edir”, – deyə Zelenski qeyd edib.
araz.az xəbər portalı.