Mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, böyük tarixi şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) və onun törəmə şirkətləri - “Daşkəsən Dəmir Filiz” MMC və “AzerBlast” MMC-nin rəhbərliyi və kollektivi Fəxri xiyabanı ziyarət ediblər.araz.az bildirir ki, ziyarət iştirakçıları Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.