Məram və məqsədi Türk Dünyası Birliyinə tezliklə nail olmağa köklənən “Ədəbi Birlik” Gənclər İctimai Birliyi, bu xətt üzrə özünün daha bir vacib görüşünü keçirib.

Qurumun sədri Şahin Əliyev Şimali Kipr Türk Respublikasının Cümhuriyyət Məclisinin sədri Zorlu Töre ilə görüşüb. Təşkilatdan araz.az-a verilən məlumata görə, görüş zamanı “Əbədi Birlik” Gənclər İctimai Birliyinin Şimali Kiprlə bağlı həyata keçirdiyi və keçirəcəyi önəmli layihələrdən, Türk Dünyası Birliyinin vacibliyindən söhbət açılıb.

Şahin Əliyev Cümhuriyyət Məclisinin sədri Zorlu Töreyə “Şərəfli Xidmət” və şəxsi katibi İrem Uyguna “Xidmət” mükafatlarını və müəllifi olduğu “İlhamlı Zəfər – 20” və “Kıbrıs – Şərqi Aralıq Dənizində Türklərin Əbədi Qalası” kitablarını təqdim edib.

Məlumata görə Zorlu Töre Azərbaycanda fəaliyyət göstərən Turan Musiqi Qrupunun fəxri üzvü seçilib.
Cümhuriyyət Məclisinin sədri Zorlu Töre isə, Şahin Əliyevə Şimali Kipr Türk Respublikasını anlatan Cümhuriyyət Məclisinə aid hədiyyələr təqdim edib.

Şahin Əliyev qonaqpərvərliyi üçün Cümhuriyyət Məclisinin sədri Zorlu Töreyə və komandasına xüsusi təşəkkürünü çatdırıb.

Nadir HƏSƏNLİ,
araz.az xəbər portalının xüsusi müxbiri.

araz.az xəbər portalı.