Gəncədə maşın öz-özünə hərəkət edərək qəza riski yaradıb.

araz.az  xəbər verir ki, hadisə bir neçə gün əvvəl saat 11:49 radələrində 3 nömrəli şəhər poliklinikasının önündə qeydə alınıb. Belə ki, sürücü əl əyləcini çəkmədən “Opel” markalı avtomobildən düşüır. Elə bu zaman maşın öz-özünə hərəkət edərək yola çıxır və dairəyə “protiv” daxil olur. İşin maraqlı tərəfi isə digər sürücülərin avtomobilə yol verməsi olub. Hadisə şahidlərinin sözlərinə görə, maşın bir müddət sonra saxlanılıb. Xoşbəxtlikdən təhlükə yaransa da, qəza baş verməyib.

Qanunvericiliyə əsasən, sürücü nəqliyyat vasitəsini duracağa qoyduqda mühərriki söndürməli, duracaq tormoz sistemini qoşmalı, təkərləri səkiyə və ya yolun qırağındakı başqa maneəyə tərəf çevirməli və qapıları kilidləməlidir.

VİDEO ÜCÜN LİNKƏ KECİD

araz.az xəbər portalı.