purmehr.jpg

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı fars rejim azərbaycanlı müğənni Əli Purmehrə Traxtur futbolkomandası barədə mahnı oxumaı qadağan etdi.

Azərbaycanlı müğənni bu barədə İnstaqram səhifəsində yazıb ki, Tehran və digər şəhərlərdə konsertlərlə bağlı son qərarı verən Təmin Şurası “Traxtur”un mahnısının Təbrizdə onun tərəfindən oxunmasına icazə verməyib:

“Bunun səbəbi yalnız özlərinə məlumdur. Mən də bir çox dostlar kimi bu məsələdən incidim. Bu mahnıya bir il vaxt qoymuşdum. Nəzərdə tutulan konsertə qədər səy göstərdim, lakin nəticə olmadı, hətta reklam afişalarımı yığışdırdılar”.

Ə.Purmehr qeyd edib ki, mahnını oxumaq üçün səylərini davam etdirəcək.

Qeyd edək ki, azərbaycanlı sənətkar irqçi fars rejimin təhlükəsizlik qüvvələrinin təzyiqindən sonra İnstaqramda yaydığı açıqlamanın mətnini dəyişdirməyə məcbur olub.

 

araz.az xəbər portalı.