tehsila-pul.jpg

Azərbaycanın 2019-cu il üçün nəzərdə tutulmuş təhsil xərcləri məlum olub. Ana maliyyə sənədində göstərilir ki, 2019-cu ilin dövlət büdcəsinin təhsil sektoru üzrə xərcləri 2 milyard 274 milyon manat proqnozlaşdırılır. Məlumat üçün bildirək ki, 2018-ci ilin dövlət büdcəsində təhsil sektoru üzrə xərclər 2.043.989.508 manat idi.

Sirr deyil ki, Azərbaycanda təhsil xərclərinin böyük hissəsi dövlət tərəfindən ödənilir. UNESCO-nun 2018-ci ildə təhsil monitorinqi ilə bağlı hesabatında bildirilir ki, təhsil xərclərinin ¾ hissəsi dövlət tərəfindən maliyyələşdirilir. Azərbaycanın da daxil olduğu gəliri aşağı və orta olan ölkələrdən fərqli olaraq qalan hissə isə ev təsərrüfatının üzərinə düşür. 
Təhsilə ayrılan büdcə vəsaitlərini mənimsəyirlər: İnvestisiya xərcləri artırılsa da, şəffaflıq təmin edilmir

Hesabata əsasən, Azərbaycanda təhsil sahəsində dövlət xərcləri ÜDM-in 2,9 faizini təşkil edir. 

Cənubi Qafqaz regionunun digər ölkələrinə gəlincə, Ermənistanda bu göstərici 2,8, Gürcüstanda isə 3,8 faizdir. Azərbaycanın dövlət xərclərinin ümumi həcmində təhsilin payı 8,2 faizdir. 

Ev təsərrüfatının təhsildə xərcləri isə aşağıdakı kimidir: Azərbaycanda ÜDM-in 1 faizini, Gürcüstanda 0,1 faizini təşkil edir. Ermənistanla bağlı məlumat verilmir.

Hesabata uyğun olaraq, ümumdünya miqyasında hər bir şagirdin orta təhsili üçün il ərzində dövlət xərcləri 2 716 dollar, ali təhsil üçün isə 4 322 dollar təşkil edir. 

Araşdırmanın nəticələrinə görə, Azərbaycanda dövlət məktəbəqədər hər bir şagird üçün 4 370 dollar (adambaşına düşən ÜDM-nin 26 faizi), orta təhsil üçün 3 765 dollar (22 faiz), ali təhsil üçün isə 3 972 dollar (23%) xərcləyir.

Amma Azərbaycanın ana maliyyə sənədinə nəzər yetirdikdə təhsilə ayrılan vəsaitin ümumilikdə faiz etibari ilə yüksək olmadığı məlum olur. Yəni, investisiya layihələrinə 6-7 milyard manat ayrılırsa, təhsil üçün onun üçdə biri nəzərdə tutulur. 

Digər tərəfdən, ayrılan vəsiatlərin səmərəli xərclənməsi də ciddi problemlərdən biridir. Belə ki, ayrı-ayrı təhsil müəssisələrinə büdcədən ayrılan vəsaitlər əksər hallarda korrupsiyaya uğrayır və nəticədə dövlətin ayrıdığı pul təyinatlı nəticə vermir.

Təhsilə ayrılan büdcə vəsaitlərini mənimsəyirlər: İnvestisiya xərcləri artırılsa da, şəffaflıq təmin edilmir

Təhsil eksperti Kamran Əsədov “Reytinq”ə deyib ki, təhsilin maliyyələşdirilməsi əksər dünya dövlətlərinin sosial siyasətinin prioritetlərindən hesab olunur.

Onun sözlərinə görə, ölkəmizdə təhsil büdcədən asılı halda fəaliyyət göstərir: “Ümumilikdə ali təhsilin infrastrukturun formalaşdırılması və saxlanması, çalışanların əməkhaqqının ödənilməsi, innovasiyanın tətbiqinin maliyyələşdirilməsi kimi məsələlər dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir ki, bu da dünyada qəbul edilməyən haldır. Amma ali təhsil müəssisələri ilə orta ümumtəhsil müəssisələrinin dövlət büdcəsindən maliyyələşdirilməsi müəyyən qədər anlaşılandır. İnkişaf etmiş ölkələrin təcrübəsinə görə təhsil xərcləri: 

a) Dövlət maliyyələşməsi; 

b) Özəl maliyyələşmə; 

c) Beynəlxalq maliyyələşmə; 

d) Qarışıq maliyyələşmə; hissələrindən ibarətdir. Amma bizdə buna rast gəlmək mümkün deyil”. 

K. Əsədov qeyd edib ki, ötən illər ərzində ölkənin maliyyə imkanlarının genişlənməsi sosial sferaya, o cümlədən təhsilə ayrılan vəsaitlərin artırılmasına şərait yaradıb. Ancaq bununla belə, 2018-cu ildə təhsilə ayrılan xərclərin ÜDM-də xüsusi çəkisi 2,8 faiz olub. Ekspert xatırladıb ki, anoloji göstərici Avropa ölkələrində 5-8 faiz arasında dəyişir. Məsələn, Almaniyada təhsil xərclərinin ÜDM-dəki payı 2011-ci ildə 5,1 faiz, Norveçdə isə 2018-ci ildə 7,3 faizə bərabər olub. Halbuki, sadaladığımız ölkələrdə təhsil xərclərində dövlətin payı ölkəmizdəkindən təxminən iki dəfə azdır. Azərbaycan həmin il bu göstəriciyə görə dünya ölkələri arasında 148-ci yerdə qərar tutub. Ekspertin fikrincə, ötən illər ərzində dövlət büdcəsinin xərcləri sürətlə artsa da, təhsilə ayrılan xərclərin artım tempi büdcənin artım tempindən xeyli geri qalıb:

“Düzdür, son 2 il ərzində təhsil sahəsində çalışanların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılıb. Lakin, bu sahədə daha ciddi islahatlara ehtiyac var. Faktiki olaraq təhsil sektorunda çalışanların böyük qisminin digər iqtisadi sahələrdə aktiv fəaliyyət imkanlarının olmaması onların əlavə gəlirlər əldə etməsini azaldır və nəticədə bu sahədə çalışan insanların maliyyə təminatı zəif hesab edilir. Çünki, müəllimlər təxminən 300 manat məvaciblə ailə büdcələrini formalaşdırdığı halda onlardan keyfiyyət tələb etmək mümkün deyil”.

Ekspert hesab edir ki, ölkədə sosial infrastrukturun bərpası istiqamətində aparılan işlər təhsil infrastrukturunun da yenilənməsi və bərpasına səbəb olub. Onun fikrincə, bu sahəyə ayrılan vəsaitlərin önəmli qismi məhz infrastruktur xərclərinə aid edilib: 

“Ölkənin şəhər və kəndlərində son 10 il ərzində 3500-ə yaxın məktəb binası tikilərək istifadəyə verilib. Məktəbəqədər təhsil müəssisələrinin tikilməsi və yenilənməsi istiqamətində də işlər görülüb. Yeni təhsil müəssisələrinin tikintisi zamanı daha çox müasir təhsil standartlarına uyğunluq nəzərə alınıb. Təəssüf ki, hər məktəbin tikintisi zamanı sərf olunan vəsaitlər barədə şəffaf maliyyə hesabatı yoxdur. Hesab edirəm ki, təhsil sektorunda investisiya qoyuluşlarının şəffalığının artırılmasına ciddi ehtiyac var”. 

Təhsilə ayrılan büdcə vəsaitlərini mənimsəyirlər: İnvestisiya xərcləri artırılsa da, şəffaflıq təmin edilmir

Ekspert ali təhsil müəssisələrinin də fəaliyyətinə diqqət çəkərək qeyd edib ki, bu müəssisələrin maliyyə fəaliyyəti ilə bağlı şəffaflıq yoxdur: “Universitetlərin maliyyə hərəkətliliyini görmək olmur. Təhsil Xidmətləri Araşdırma Mərkəzinin rəhbəri kimi bu sahədə apardığım araşdırmalar göstərir ki, təhsilə ayrılan dövlət investisiyasından bir çox hallarda səmərəsiz istifadə edirlər. Araşdırmanın nəticələrindən aydın olub ki, eyni ildə, yəni bərabər iqtisadi mühitin diqtəsində ABŞ səfirliyi tərəfindən tikilib istifadəyə verilən təhsil müəssisələrində bir şagird yeri üçün orta hesabla 638 manat vəsait xərcləndiyi halda Təhsil Nazirliyinin tikdirdiyi məktəblərdə anoloji xərc 3 dəfə çox və ya 1870 manat təşkil edib. Çıxarılan nəticə ondan ibarətdir ki, hökumət son illər təhsil istiqamətində investisiya xərclərini artırsa da, bu vəsaitlərin xərclənməsi zamanı şəffaflıq və effektivlik təmin edilməyib. Lakin qeyd etmək lazımdır ki, ötən illər ərzində həm ümumtəhsil, həm də məktəbəqədər təhsil müəssisələrinin tikilib istifadəyə verilmə vəziyyəti əvvəlki illərlə müqayisədə müəyyən qədər yaxşılaşıb”. 

Müsahibimiz onu da vurğulayıb ki, ali təhsil müəssisələrinə dövlət tərəfindən ayrılan vəsaitlər düzgün istifadə olunmur. Onun iddiasınsa görə, ayrılan vəsait bir çox hallarda universiteti idarə edənlərin şəxsi məqsədlərinə, şəxsi bizneslərinə sərf olunur. Ali təhsil müəssisələrində isə daha çox təmir-bərpa işlərinin görülməsi, yeni ali təhsil müəssisələrinin azlığı və onların da paytaxtda tikilməsi disproporsional mühit formalaşdırıb və regionlar üzrə məqsədli paylanma həyata keçirilməyib:

“Universitetlərə ayrılan vəsaitlərdən dəfələrlə az məbləğdə təmir-bərpa işlərinin görülməsinin şahidi oluruq. Düzdür, dövlət büdcəsindən təhsilin pillələri üzrə ən az xərc ali təhsilə ayrılır. Amma buna baxmayaraq, universitetlərin də tələbələrin təhsil haqlarından kifayət qədər gəlirləri olur”.

Qeyd edək ki, sosial şəbəkələrdə universitetlərə ayrılan vəsaitin həcminin artması ilə bağlı müxtəlif fikirlər səslənir. 

Təhsilə ayrılan büdcə vəsaitlərini mənimsəyirlər: İnvestisiya xərcləri artırılsa da, şəffaflıq təmin edilmir

İtisadçı ekspert Rövşən Ağayev isə “Reytinq”ə deyib ki, bu istiqamətdə artımın olması ilə bağlı iddialar yanlışdır.

Ekspert qeyd edib ki, dövlət büdcəsindən Tibb Universitetinə 1.3 mln. manata yaxın, Bakı Dövlət Universitetinə 700 min manatdan bir qədər yuxarı, ADA Universitetinə 17.6 mln. manat, Moskvanın ölkəmizdəki iki universitet filialına birlikdə 17.2 mln. manat vəsaitin ayrılması göstərilir. Reallıq isə belədir: Son illər dövlət büdcəsindən ali təhsilə 180 mln. manata yaxın vəsait ayrılır. Onun da, bu məlumatda deyildi kimi, 35-40 mln. manatı Nazirlər Kabinetinin müvafiq qərarları ilə, tələbəhesablı maliyyələşmə mexanizminə keçməyən beş universitet arasında bölünür. Yerdə qalan 140 mln. manata yaxın vəsait isə digər universitetlər arasında tələbəhesablı maliyyələşmə mexanizminə əsasən bölüşdürülür. 

R. Ağayevin fikrincə, problem ondadır ki, 2014-cü ilədək bütün universitetlər üzrə ayrılan vəsaitin həcmini dövlət büdcəsində görmək mümkün olsa da, son 4 ildə yalnız ADA, Moskvanın iki universitetinin filialı, bu ildən isə İlahiyyat İnstitutuna ayrılan vəsaiti görmək olur. Yerdə qalan universitetlər üzrə yalnız ali təhsilin ümumi xərci göstərilir.

R. Ağayev deyib ki, məlumat açıqlığı və şəffaflıq şayiələrin qarşısının alınmasının ən yaxşı dərmanıdır: “Maliyyə Nazirliyi ən azından icra edilmiş büdcə hesabatında hər bir universitetə ayrılmış vəsaitin həcmini açıqlamalıdır. Məsələn, Türkiyədə parlamentə daxil olan büdcə sənədində bütün universitetlər üzrə proqnozlaşdırılan maliyyənin həcmini görmək olur. Türkiyə demişkən, bu ölkənin 2019-cu il üzrə büdcə layihəsinə baxıram. Cəmi büdcə xərclərinin 18 faizi təhsilə ayrılacaq və təhsil 1-ci yerdədir. Bizdə bu göstərici 10 faiz ətrafındadır və 3-cü yerdədir. Eyni zamanda Türkiyədə gələn il bütün təhsil xərcərinin 25 faizi universitetlərə gedəcək. Bizdə isə 9 faizdən azdır. Türkiyədə gələnilki cəmi büdcə xərclərinin 5 faizi ali təhsilə gedir, bizdə isə bu göstərici 1,5 faiz ətrafındadır”.

/Reyting.az/

araz.az xəbər portalı.