Ukrayna danışıqlar zamanı təhlükəsizlik zəmanəti müqabilində NATO üzvlüyündən imtina edə bilər.
araz.az xəbər verir ki, bu barədə Çexiya Prezidenti Petr Pavel Avstriyanın “Die Presse” nəşrinə müsahibəsində bildirib.
“Ukraynanın NATO-ya üzvlüyü nəyəsə mübadilə edilə bilər. Məsələn, hərbi iştirakdan söhbət gedəndə təhlükəsizlik zəmanəti”, – Çexiya lideri bildirib.
Pavel qeyd edib ki, Aİ-də Ukraynaya dəstək dayandırılarsa, münaqişənin sona çatacağına dair yanlış inanc var. “Ancaq bu baş verməyəcək” deyə siyasətçi vurğulayıb.
araz.az xəbər portalı.