Son illərin ən güclü geomaqnit günəş qasırğası İlon Mask tərəfindən açıqlanıb. SpaceX peykləri bu güclü qasırğaya dözüm edir.
“Hazırda son illərin ən güclü geomaqnit günəş qasırğası baş verir. Starlink peykləri çox böyük təzyiq altındadır, lakin onlar hələlik dayanırlar”.
araz.az xəbər verir ki, bunu “SpaceX”in sahibi milyarder İlon Mask özünün “X” hesabında yazıb.
Qeyd edək ki, ABŞ-nin meteoroloji xidməti 2003-cü ildən bəri ilk dəfə Yerə çatan geomaqnit qasırğasının gücünün qiymətləndirilməsini maksimum həddə çatdırıb.
araz.az xəbər portalı.