1543732801_vidadi-isayev.jpg

Bərdə rayon İcra Hakimiyyətinin baş mühasibi Əsgər Əsayev və onun İH-nin maliyyə şöbəsində və Bərdə Seçki Dairəsində mühasib işləyən oğlu Qəlbinur Əsayev polisə çağrıldı…

Bərdə rayonunun Kətəlparaq kənd sakini, fermer Tural Məmmədovun Azərbaycanın Dövlət Təhlükəsizlik Xidmətinin rəisi cənab M.Quliyevə, daxili işlər naziri cənab R.Usubova, Respublikanın Baş prokuroru cənab Z.Qaralova və surəti «Təzadlar» qəzeti redaksiyasına ünvanlı məktubunu tezadlar.az saytında yayımlamışdıq. Tural Məmmədov məktubunda göstərirdi ki, Bərdə rayon İcra Hakimiyyətinin baş mühasibi Əsgər Əsayevin oğlu Qəlbinur Əsayevlə olduqca yaxın olublar. Və Qəlbunur Əsayev bir gün T.Məmmədovun etibarından sui-istifadə edərək ondan 40 min manat pul və 120 qram qızılı borca götürüb, özünə təzə avtomobil və s. alıb. Sonradan isə bors yiyəsi T.Məmmədov pulunu və qızılını geri istəyəndə qarşı tərəf nəinki pulu qaytarıb, əksinə onu özünü “Lotu Quli”nin yaxın adamı kimi təqdim edən Roma adlı “vor zakon”la ölümlə hədələtdirib. Ən maraqlısı, Roma Tural Məmmədovun qardaşı Sərdarı öldürüb üstünə göndərəcəyi hədəsini, eləcə də dilə gətiriləsi mümkünsüz olan söyüşləri əvvəlcədən yazaraq Tural Məmmədova göndərən Roma, hədələdiyi şəxsə 20 min dollar cəza da kəsir. Ona tapşırır ki, təcili surətdə 20 min dolları “Lotu Quli”nin hesabına ödəsin.
Bütün bunları təsdiq edən səs yazılarını da T.Məmmədovun VatSap nömrəsinə göndərib. Göndərilən həmin səs yazılarında birmənalı olaraq T.Məmmədovun çox ağır hədələrə, söyüş və təhqirlərə məruz qaldığı görünür. Özünü Lotu Qulinin nümayəndəsi kimi təqdim edən Roma adlı həmin «kriminal avtoritet» dilə gətirilməsi mümkünsüz söyüşlərin ardından deyir: «…Əgər Tural, Qəlbinurdan həmin pulu istəsən, sənin Ukraynada olan qardaşın Sərdarın meyitini «upakovka» edib üstünə göndərəcəyəm».

BƏRDƏ POLİSİ RAYON SAKİNİNİ “VOR ZAKON”LA HƏDƏLƏTDİRƏNİN İZİNƏ DÜŞDÜ-YENİLƏNİR

Bərdənin İcra başçısı Vidadi İsayev öz işçilərinin qanunsuz hərəkətlərindən xəbərsizdirmi?

Əməkdaşımız qarşı tərəflərlə, yəni Bərdə rayon İcra Hakimiyyətinin baş mühasibi olan Əsgər Əsayevlə, Bərdə İH-nin maliyyə şöbəsində və Bərdə Seçki Dairəsində mühasib işləyən oğlu Qəlbinur Əsayevlə dəfələrlə əlaqə saxlayaraq onları bu rüsvayçılığa son verməyi məsləhət bilib. Lakin qarşı tərəf bunu başa düşməyərək əks hərəkətlərə rəvac verib. Hətta redaksiyamızda olan Bərdə rayon sakini Tural Məmmədov söylədi ki, o, bu məsələ ilə bağlı Bərdə RİH-ndə olub, icra başçısının müavini İlham Məmmədovun qəbulunda olub, o isə İcra başçısı Vidadi İsayevə məruzə edəcəyini bildirib. Yəqinki bütün bu baş verənlər barədə Vidadi İsayevə məlumat verilib. Elə isə, nə baş verir? Doğrudanmı Vidadi İsayev öz baş mühasibinin öhdəsindən gələ bilmir??? İndi nə zamandır ki, vətəndaş “vor zakon”la hədələtdirilir, onun “vor zakon”ların hesabına pul ödəməsi öhdəliyi müəyyən edilir… Azərbaycanın hüquq mühafizə orqanları belə hərəkətləri heç vaxt bağışlamayıb.

Bərdə polisi məsələyə qarışdı…

Dünən məlumat aldıq ki, artıq Bərdə rayon Polis Şöbəsinin əməkdaşları işə qarışıb. Belə ki, həm hədələnən Tural Məmmədov, həm də onu söyüb təhqir etdirən, “vor zakon”larla hədələtdirən, qardaşı Sərdarı öldürüb üstünə göndərəcəyini diqtə edən kriminal aləmin üzvü olduğunu deyən Romanın yaxın dostu, Bərdə İH-nin maliyyə şöbəsində və Bərdə Seçki Dairəsində mühasib işləyən Qəlbinur Əsayev və onun atası- Bərdə rayon İcra Hakimiyyətinin baş mühasibi Əsgər Əsayev polisə çağrılıb, dindiriliblər.
Belə operativ reaksiyaya görə Bərdə rayon Polis Şöbəsinin rəhbərliyinə və bütün əməkdaşlarına dərin minnətdarlıq düşür. Və inanırıq ki, yuxarıda qeyd edilən qanunsuzluqlara yol verən şəxslər və onların çevrəsi aşkarlanacaq, qanuni tədbir görüləcək. “Vor zakon” adından danışanlar bilməlidir ki, Azərbaycanda qanun şahdır, şah, yəni “vor zakon” qanun deyil…
Mövzunu diqqətdə saxlayacağıq.
Elçin Məmmədli

 

araz.az xəbər portalı.