Rəcəb Tayyib Ərdoğan tərəfindən vəzifəsindən azad edilən Türkiyə Mərkəzi Bankının sədri Hafize Qaye Erkan kritik vəzifəyə təyin ediləcək.
Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə iqtisadiyyat lobbilərindəki mənbələr məlumat yayıb.
Erkanın Bank Tənzimləmə və Nəzarət Agentliyi (BDDK) sədri postunu tutacağı və hazırkı sədr Şahap Kavcıoğlunu əvəzləyəcəyi iddia edilir.
Xəzinə və maliyyə naziri Mehmet Şimşekin Ərdoğanı buna razı saldığı və bu təyinatın iyun ayında reakkaşacağı bildirilir.
Qeyd edək ki, Ərdoğanın Hafize Qaye Erkanla vida görüşündə “Seçkidən sonrasını gözlə” deyərək 31 martdan sonra ona yeni vəzifə verəcəyinə söz verdiyi söylənilir.
Roza Şəfiyeva
araz.az xəbər portalı.