Fransanın siyasi dairələri təxribatçı əməllərini davam etdirirlər.

araz.az   xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında deyilir.

Bəyanatda, həmçinin qeyd edilir: “Bu günlərdə Fransanın Lion şəhərinin meri Qreqori Duse erməni diasporunun bir qrup radikal üzvü ilə birlikdə “böyük Ermənistan” adlanan sərsəm xülyanın xəritə təsviri qarşısında foto çəkdirərək region ölkələrinin ərazi bütövlüyünə qarşı qəsd etmiş və bölgədə gərginliyi artırmaq üçün Ermənistandan alət kimi istifadə etməyə cəhd gstərmişdir.

Xatırladaq ki, Qreqori Duse vaxtilə məlum separatçı dairələrlə müntəzəm görüşlər keçirərək Azərbaycanın ərazi bütövlüyünə qarşı fəaliyyətə fəal dəstək vermişdir. Bundan əlavə, Lion meri Ermənistanda Azərbaycan mədəni irsinin yer üzündən silinməsində yaxından iştirak edir. Məhz onun təşəbbüsü ilə Lion meriyası və İrəvan bələdiyyəsi İrəvandakı tarixi Təpəbaşı məhəlləsinin qalıqlarının dağıdılması layihəsinə başlamışlar.

Qərbi Azərbaycan İcması Qreqori Dusenin təxribatçı hərəkətlərini və Fransa siyasi dairələrində geniş vüsət almış azərbaycanofobiyanı kəskin şəkildə qınayır, Fransadan destruktiv əməllərinə son qoymağı tələb edir”.

araz.az xəbər portalı.