Biz Putinin başqa bir ölkəni işğal etməsinə icazə verə bilmərik. O, Ukraynada dayanmayacaq.
araz.az xəbər verir ki, bunu amerikalı respublikaçı senator Mitt Romni deyib.
“Azadlıq mübarizəsini müdafiə etməyə davam etmək bizi və müttəfiqlərimizi bütün dünyada avtoritar rejimlərin gələcək hərbi ambisiyalarından qorumağa kömək edir. Ukrayna nüvə silahından imtina etdi və biz sadəcə onu qorumalıyıq, çünki bunu etməsək, dünyada azadlıq və demokratiya olmayacaq!” – Romni bildirib.
araz.az xəbər portalı.