“Bildiyiniz kimi, “Vətən uğrunda Tavuş” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan Nikol Paşinyana qarşı impiçment prosesinin başlanması ilə bağlı Ermənistan Respublikası Milli Məclisinin üç fraksiyası ilə görüşlər keçirmək niyyətində olduğunu bəyan edib.
araz.az bildirir ki, bununla paralel olaraq, bu günlərdə arxiyepiskop Baqrat Qalstanyanın namizədliyi ilə yanaşı, bir neçə başqa ad da dolaşmaqdadır. Fakt budur ki, baş nazirə etimadsızlıq prosesi başlayarsa, baş nazir postuna yeni namizədin irəli sürülməsi zəruridir. Dünən Erməni Qartalları Vahid Ermənistan Partiyasının sədri, polkovnik Xaçik Asryan da bu mövzuya münasibət bildirib.
O, öz “Facebook” səhifəsində Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyana və Ermənistan Milli Məclsinin üç fraksiyasına Ermənistanın baş naziri postuna keçmiş müdafiə naziri, Ermənistan Respublikasının keçmiş müdafiə naziri, Ümumerməni Cəbhəsi Hərəkatının lideri, general-mayor Arşak Karapetyanın Ermənistan Respublikasının baş naziri vəzifəsinə namizədliyini təklif edib.
Ermənistanın növbəti baş naziri ümummilli lider keyfiyyətlərinə malik olmalı, dürüst və qüsursuz olmalı, uzun müddət dövlət idarəetmə sistemində çalışmış – xidmət etmiş və xüsusilə Vətənin müdafiəsində aydın qərarlar qəbul etməli və bu qərarlara görə tam məsuliyyət daşıyan, düşmənlə danışıqlarda böyük təcrübəyə malik olan, Ermənistanın hərbi-siyasi müttəfiqi Rusiya ilə hər cür münasibətləri bütün istiqamətlərdə ideal səviyyəyə çatdıran, Müqəddəs Erməni Apostol Kilsəsinin davamçısı, mənəvi dəyərtlərlə yaşayan insan olmalıdır.
Xaçik Asryanın sözlərinə görə, general-mayor Arşak Karapetyan yuxarıdakı meyarlara tam cavab verir.
araz.az xəbər portalı.