Bakının Nizami rayonu, Bəhruz Nuriyev 40 ünvanında bir ay əvvəl salınmış məhəllədə ağacların əksəriyyəti susuzluqdan quruyub, yaşıllıqların çoxu məhv olub.

araz.az xəbər verir ki, bu barədə jurnalist Elmir Muradov özünün sosial şəbəkə hesabında paylaşım edib.

O paylaşımında qeyd edib ki, əraziyə nəzarət edənin olmadığı üçün yeni salınmış yaşıllıqlar məhv olmaq üzrədir.

“Bura Nizami rayonu Bəhruz Nuriyev 40 ünvanında bir ay əvvəl salınmış məhlədir. Məhləyə Yaşıllaşdırma İdarəsindən bağban təyin edilmədiyi üçün ağacların əksəriyyəti susuzluqdan quruyub, yaşıllıqların çoxu məhv olub. Bir sözlə, dövlətin pulu yenə kimlərsə tərəfindən havaya sovrulmaqdadır. 500 manat birinə maaş verməyin dərdindən 100 min manatdan çox pul xərclənmiş yeni salınan məhlə bax belə məhv edilir, heç bir aidiyyəti qurumun da vecinə deyil”, – deyə jurnalist qeyd edib.

araz.az xəbər portalı.