“Gələcəyin ixtisaslarının atlasını tərtib etməyin vaxtı çatıb”.
araz.az xəbər verir ki, bunu təhsil eksperti, millət vəkili Etibar Əliyev bildirib.
Gələcəkdə hansı ixtisaslara təlabat olacaq? Universitetlər nələri öyrətməlidirlər ki,tələb olunan bilik və bacarıqlar uzun illər yetərli olsun?
Bu suallara cavabında deputat bildirib ki, tətbiqi riyaziyyat, fizika və elektronika, informatika və biznes-informatika, iqtisadiyyat və maliyyə, menecmenti, təhsilin idarə olunması, ictimai və humanitar elmlərin tədrisi çağımızın tələblərinə cavab vermir: “İxtisasların kvalifikasiyasına diqqət edəndə ilk baxışdan görürük bunlar uzun illərdir ki, mövcuddur. Lakin son illər yeni məzmuna qoyulan tələblər həm də yeni istiqamətlərin yaranmasını zəruri edib. Bu ixtisaslara təlabat ilbəil artır və 5-10 ildən sonra inanılmaz həddə gəlib çatacaq”.
E. Əliyev gələcəyin ixtisasları atlasının tərtib olunmasında xeyli yubandığımızı deyir.
“Hər halda mən öz təkliflərimi səhifəmdə yazacam. Başqa platforma yoxdur. Belə imkanı yaratdığına görə bir daha cənab Zukerberqə təşəkkürümü bildirirəm”, – o, qeyd edib.
araz.az xəbər portalı.