Akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin baş həkimi vəzifəsindən azad edilib.
araz.az xəbər verir ki, səhiyyə naziri Teymur Musayev bununla bağlı əmr imzalayıb.
Bildirilib ki, baş həkim Elgün Səmədov öz ərizəsi ilə işdən ayrılıb.
Qeyd edək ki, E.Səmədov bu vəzifəyə ötən ilin noyabr ayında təyin edilmişdi.
Nazirin digər əmri ilə, həmin vəzifəyə Nazim Hacıyev təyin edilib.
araz.az xəbər portalı.