Hava limanında bir həftə boyunca sahibsiz qalan qutudan çıxanlar hamını şoka salıb.
Livanda Beyrut Rəfiq Hariri Beynəlxalq Hava limanında çalışanların diqqətini bir qutu çəkib. Yan tərəflərindən deşiklər olan qutunun Suriyaya aparıldığı bildirilir. Qutunun yüklənəcəyi təyyarənin nömrəsindən başqa üstündə heç bir məlumat olmayıb.
Qutu bir həftə hava limanında sahibsiz saxlanıldıqdan sonra onun açılmasına qərar verilib. Qutunun içindən çıxanları görəndə isə hamı təəccüblənib. Belə ki, 42 santimetr uzunluğundakı qutununun içindən üç dənə Sibir pələngi çıxıb.
Nəsillər kəsilməkdə olan heyvanlar siyahısına salınan Sibir pələnglərinin sayının 500 olduğu ehtimal edilir. Bir həftə qutuda susuz qalan bala pələnglərin hərəkət etmək üçün heç taqətləri olmayıb. Pəncələri qanayan pələnglərə infeksiya düşdüyü də müəyyən edilib. Sonradan məlum olub ki, pələnglər Ukraynadakı zooparkdan Suriyada bir nəfərə satılıb. Baytarlar tərəfindən pələnglərə tibbi yardım göstərildikdən sonra özlərinə gəliblər./moderator.az
araz.az xəbər portalı.