1543576290_185.jpg

Yaxın vaxtlarda Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin rəis müavini, Yol Patrul Xidməti (YPX) Alayının komandiri, polis polkovniki Balakişi Əhmədov uzun illər tutduğu vəzifəsini itirəcək.
Daxili İşlər naziri Ramil Usubovun son zamanlar polis orqanlarında apardığı təmizləmə işinin daha çox barəsində şikayətlərin qırmızı cizgini aşan əməkdaşları hədəf aldığını da nəzərə alaraq deyə bilərik ki, Balakişi Əhmədovun vəzifəsini itirəcəyi barədə əldə etdiyimiz məlumat həqiqətə uyğundur.

Böyük biznes imperiyası

Mozalan.az xatırladır ki, ki, B. Əhmədov barədə mətbuatda zaman-zaman ciddi faktlara əsaslanan tənqidi materiallar əksini tapıb. Təbii ki, tənqiddən nəticə çıxarmamağı güc barometri hesab edən məmurlar siyahısına adını yazdıran cənab Əhmədovun gələcək perespektivi üçün maneəni də həmin faktlar yaratmalı idi və yaradır da.
Məsələn, Balakişi Əhmədovdan Mingəçevir Olimpiya Kompleksinin yaxınlığında özəlləşdirdiyi 2 hektar sahənin hesabı soruşula bilər.
Məlumdur ki, o, bu zaman heç bir cavab verə bilməyəcək.
Yaxud o, Ekologiya postunun arxasında yerləşən və keçmiş komandiri Süleyman Süleymanovla şərik işlətdikləri “Şamlıq” adlanan böyük ticarət və iaşə obyektlərinin hansı vəsait hesabına ərsəyə gəldiyi sualına da gözünü döyərək cavab verməyə bilər.
Bu yerdə bildirək ki, B. Əhmədovun Azərbaycanın bir çox rayonlarında böyük biznes şəbəkəsi var.
Bundan başqa, o da bildirilir ki, Balakişi Əhmədov qonşu Rusiyada böyük biznes şəbəkəsinə malikdir. Onun qardaşı Moskva şəhərində fəaliyyət göstərən ən imkanlı iş adamları sırasında qərarlaşıb. Qeyd olunur ki, YPX Alayının komandirinin Rusiyadakı biznesi məhz qardaşı tərəfindən idarə olunur.

Qanunsuz əməlləri

Ümumilikdə rəisin varidatının 50-60 milyon civarında olduğu deyilir. Bəs bu qədər var-dövləti polis məmuru necə əldə edib?

Əlbəttə, Balakişi Əhmədovun reallığa çevirdiyi qanun pozuntuları ümumilikdə Baş Dövlət Yol Polisi İdarəsinin nüfuzuna xələl gətirir. Qeyd edək ki, sürücülərin yetərli qismi YPX Alayının komandirinin «ad-sanı»na bələddir.

Çünki rəis müavini lazım olmayan yerlərə radarların quraşdırılmasını həyata keçirən əsas simadır. Qanuna əsasən, magistral yolda radarın qurulması ilə bağlı xəbərdarlıq nişanı olmalıdır. Amma əksər yerlərdə belə nişanlar yoxdur. Radarlar isə yolun kənarı ilə bərabər, mülki avtomobilllərdə qurulur. Bununla yanaşı, bəzi hallarda yol polisi əməkdaşları radarları elə yerlərə qoyurlar ki, sürücülərin bundan xəbəri olmur.

Bu isə qanunvericiliyə birbaşa ziddir. BDYPİ-nin rəis müavininin adı eyni zamanda digər qalmaqallı məsələlərlə bağlı da mətbuatın gündəminə gəlir. Səsləndirilən ittihamlara görə, alay komandiri Baş Dövlət Yol Polisi İdarəsinin rayonlararası postlarına öz adamlarını yerləşdirməklə burdan gələn qazancı büdcəsinə istiqamətləndirir. Hansı postun komandiri rəis müavininin gündəlik «hesabı»nı verə bilmirsə, onun vəzifəsi başqasına həvalə edilir.
Ardı var

araz.az xəbər portalı.