Filippinin Palavan vilayətində balıqçının ölümündə şübhəli bilinən nəhəng duzlu su timsahı tutulub. Yeniavaz.com “Lenta.ru” saytına istinadla xəbər verir ki, sürünən heyvanın uzunluğu 4,75 metr, çəkisi isə 400-500 kiloqram təşkil edir.
Onu vəhşi heyvanların xilası və mühafizəsi mərkəzinə göndərməyi planlaşdırırlar. Mərkəzin nəzdində fəaliyyət göstərən fermada timsahlar yetişdirirlər. Mütəxəssislər fermada timsahın mədəsini yuyaraq onun həqiqətən adam yeyib-yemədiyini müəyyənləşdirməyə çalışacaqlar.
35 yaşlı balıqçının qalıqları noyabrın 28-də tapılıb. Onun sağ əli və sol ayağı olmayıb. Ölən adamın bədənində çoxlu yaralar qeydə alınıb ki, onların da timsahın dişləri ilə edildiyi güman edilir.
araz.az xəbər portalı.