“Azərbaycan brendlərinin xarici ölkələrdə tanınması üçün diaspor təşkilatları müəyyən işlər görə bilər”.
araz.az  bildirir ki, bu sözləri Diaspora.TV-yə açıqlamasında marketoloq Pərviz Əzimov deyib. Marketoloq bu məsələyə aidiyyatı qurumların da dəstək verməsinin vacibliyini bildirib:
“Bu məsələ tək diasporluq deyil. Yerli markaların xarici ölkələrdə tanınması, satışı, reklamı, ümumilikdə brendin ölkəyə daha çox gəlir gətirməsi, ölkənin tanıtımında rol oynamasını nəzərə alsaq diaspor bu prosesdə müəyyən işlər görməlidir. Amma bu məsələ tək diasporla bitməz”.
P.Əzimov hesab edir ki, Azərbaycan brendlərini xarici ölkələrdə tanınmasını daha da genişləndirmək üçün aidiyyatı qurumlar da hərəkətə keçməlidir.

araz.az xəbər portalı.