Gürcüstanda 12-ci sinif şagirdləri Təhsil Nazirliyi önündə etiraz aksiyası keçiriblər.

“Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etiraz edən 12-ci sinif şagirdləri Təhsil Nazirliyinin önünə toplaşıblar.

araz.az  24News.ge-yə istinadən xəbər verir ki, şagirdlər Təhsil Nazirliyi önünə gəlmələrinin simvolik mənası olduğunu bildiriblər.

Onların fikrincə, gürcü gənclərinin həssas yeri təhsildir və onların seçimi Avropa Birliyidir. 12-ci sinif şagirdləri buradan isə Parlament binasına doğru yürüş ediblər.

araz.az xəbər portalı.