Rusiya vətəndaşlığını itirmiş şəxslər vəziyyətdən asılı olaraq 15 gündən 90 günə qədər ölkədə qala biləcəklər.

araz.az   xəbər verir ki, bu barədə “İzvestiya” Rusiya Daxili İşlər Nazirliyinin hazırladığı qanun layihəsinə istinadən yazır.

Hökumət sənədi təsdiqləyib. Qanun layihəsində, həmçinin Rusiya imperiyasına və ya SSRİ-yə aid olan ərazilərdə daimi yaşayan qohumları olan şəxslərə yaşayış icazəsinin verilməsinin sadələşdirilmiş qaydası da təklif edilir.

Rusiya Hüquqşünaslar Assosiasiyasının İdarə Heyətinin sədri Vladimir Qruzdev, “Rusiyada yaxın qohumları olan “qan prinsipi” əsasında potensial rus dilində danışan şəxslər üçün yaşayış icazəsinin alınması prosedurunun sadələşdirilməsi təklif edilir”, deyib.

Xatırladaq ki, 2023-cü ilin oktyabrında “Rusiya Federasiyasının vətəndaşlığı haqqında” qanun qüvvəyə minib. Bu, Rusiya Federasiyasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş bir sıra cinayətlər, o cümlədən Rusiya Silahlı Qüvvələri haqqında saxta məlumatlar və ordunu nüfuzdan salan şəxsləri vətəndaşlıqdan məhrum etməyə imkan verir.

Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, Cinayət Məcəlləsinin Rusiya vətəndaşlığının pasportlarının ləğvi ilə bağlı maddələrinin sərtləşdirilməsindən sonra 400-ə yaxın əcnəbi əldə etdiyi Rusiya vətəndaşlığını itirib.

araz.az xəbər portalı.