Azərbaycanda diplomların tanınması üzrə ən çox imtina alan xarici ali təhsil müəssisələrinin siyahısı tərtib edilib.
araz.az xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (TKTA) məlumat yayıb.
Qeyd olunub ki, siyahı ali təhsil müəssisəsi üzrə minimum 30 müraciət nəzərə alınaraq, edilən müraciətlərdən 30% və ondan artıq imtinaları əhatə edib.
Mənfi qərarla yekunlaşan müraciətlərin səbəbləri də açıqlanıb. Belə ki, sözügedən məsələdə mənfi qərarların səbəbləri kimi akkreditasiyasız ali təhsil müəssisəsi, təhsil alınan ölkənin ərazisində təhsilin normativ müddətindən az olması, dövlət nümunəli olmayan diplom, təhsil forması, tədris yükünün normativdən az olması göstərilib.
araz.az xəbər portalı.