Hadisə xarici ölkələrdən birində baş verib. 

araz.az   xəbər verir ki, sürücü özü avtomobildə olsa da, idarəetməni obrazlı desək tamamilə “süni intellektə həvalə edib”. Lakin Tesla 3 elektromobilinin muxtar idarəetmə sistemi səhvə yol verib.
Yolda hərəkət zamanı elektromobil dəmir yolu keçidini “görməyib”. Tərslikdən həmin anda şlaqbaum bağlı olub, yoldan yük qatarı keçirmiş. Lakin Tesla heç nə olmamış kimi yoluna davam edib, yalnız şlaqbaumu aşırdıqdan sonra “qatarı görərək” sağa kəskin manevr edib. Nəticədə avromobilin qabaq oxu qırılıb, kuzovun detalları zədələnib.
Maraqlıdır ki, sürücü eyni yolda ikinci dəfədir analoji qəza keçirir. Bu da bir daha sübut edir ki, ən son təchizat belə, sürücünün arxayınlaşması üçün əsas deyil. Sürücü idarəetməni avtomobilin elektronikasına həvalə etsə də, ştatdankənar hallarda müdaxiləyə hazır olmalıdır.

VİDEO ÜCÜN LİNKƏ KECİD

araz.az xəbər portalı.