Amerikalı senatorlar xarici agentlər haqqında qanuna görə Gürcüstan rəhbərliyinə qarşı sanksiyaların tətbiqi, eləcə də demokratiyanın dəstəklənməsi və “zərərli kənar müdaxilələrə” qarşı mübarizə məqsədilə Gürcüstanda fəaliyyət göstərən QHT-lərə daha 50 milyon dollar ayrılması haqqında qanun layihəsi hazırlayıblar.

araz.az  xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb. Məhdudiyyətlər haqqında qanun layihəsi demokrat Cin Şahin və Respublikaçı Cim Riş tərəfindən hazırlanır. Sanksiyaların “Gürcüstanın Avro-Atlantik inteqrasiyasına mane olması”, habelə “korrupsiya, insan hüquqlarının pozulması və xarici agentlər haqqında qanunun qəbuluna cəhd və ya onun qəbuluna kömək edən tədbirlərə” görə tətbiq edilməsi təklif edilir. Məhdudiyyətlərə Gürcüstan rəhbərliyinin nümayəndələrinin Birləşmiş Ştatlara girişinə qadağa, insan hüquqları və təhlükəsizlik məsələlərinin müzakirə olunduğu ABŞ-Gürcüstan strateji dialoqunun dayandırılması da daxildir. Avro-Atlantik siyasi jarqonda “zərərli xarici müdaxilə” termini kontekstdən asılı olaraq “Rusiyanın müdaxiləsi” və ya “Çin müdaxiləsi” ilə sinonimdir.

araz.az xəbər portalı.