«Rus Dima» gecəykən evindən çıxarılıb — günahı ictimai fəal olmasıdır: Rayon rəhbərləri və ərazidə tikinti aparacaq şirkət bu yolla ondan qisas alır
Fevralın 2-si axşam saatlarında paytaxtın Bayıl qəsəbəsində «Rus Dima» ləqəbli tanınmış ictimai fəal Dmitri Luqanskinin və ailəsinin başına gətirilənlərin, doğrudan da, terrordan bir fərqi olmayıb. Öncə mülki geyimli polis işçiləri Dimanın Xanlar küçəsi, 10 ünvanındakı yaşayış evinə girişi əhatəyə alıblar. Sonra əsl həngamə başlayıb. Bu barədə araz.az¬ın əməkdaşlarına məlumat verən Dmitri Luqqanskinin özü, bu olayı əsl terrora bənzədib: «Naməlum şəxslər sonra mənzilimin qapısını sındıraraq, əşyaları çıxarmağa başlayıblar. Bu müddətdə mən evin önündə, polislərin əhatəsində idim. Nə qədər çalışsam da, məni 3-cü mərtəbədəki mənzilimə buraxmadılar. Hər şey çıxarıldıqdan, pəncərələrin çərçivələri, hətta balkon sındırıldıqdan sonra, mənə yuxarı qalxmağa icazə verdilər.
Orada Səbail Rayon İcra Hakimiyyətinin nümayəndəsi Vüqar Bayramovu və “Sabah ¬ Residence” tikinti şirkətinin nümayəndələrini gördüm”.
Bu vaxt Dmitri.Luqanski öz vəkilini çağırıb, polisə, İcra Hakimiyyətinə müraciət edərək, özbaşınalığa son qoyulmasını tələb edib. Ancaq bunun heç bir faydası olmayıb.
“Mənə hədə-qoru gəldilər, təzyiq göstərdilər. Məni və ailəmi hədələdilər. Şikayətim məhkəmədə olsa da, mülkiyyət hüququmun pozulması davam edir.
Bizim binadakı 25 ailə, bir kv. metrə görə, 1500 manat məbləğində nəzərdə tutulan kompensasiya ilə razı deyil. Yeni bina tikiləndən sonra orada mənzil verilməsi təklifinə gəlincə, tikinti aparmaq istəyən “Sabah-Residence” şirkəti buna heç bir zəmanət vermir.
Onlar heç bir hüquqi qüvvəsi olmayan sənədi imzalatdırmaq istəyirlər”, – Dmitri Luqanski araz.az¬ın müxbirlərinə bildirib.
“Mənim mənzilimdən bütün bahalı əşyalar, hətta zinət əşyaları, divar şəkilləri, mebellər də çıxarılıb. Onların harada oduğunu bilmirəm. İnsanlarla bu cür rəftar, açıq şəkildə, barbarlıqdır. Mən Qarabağda döyüşmüşəm, amma mənimlə cinayətkar kimi davranırlar.
Mən özümü və ailəmi müdafiə etmək üçün dövlət başçısına və Rusiya səfirliyinə müraciət edəcəyəm” – deyə, Dmitri Luqanski vurğulayıb: «Həmin gün özünü “Sabah Residence”-in vəkili kimi təqdim edən Şahlar Məmmədov da, müxbirlərin “Məhkəmə qərarı olmadan hansı əsasla vətəndaşları zorla evlərindən çıxarırsınız?” sualına cavab vermədi.
“Mən vəkil xidmətləri göstərirəm. Digər məsələlər mənə məlum deyil” deyən Şahlar Məmmədov, hətta tikintini aparan firmanın əlaqə nömrəsini də müxbirlərə söyləmədi».
Qeyd edək ki, artıq çoxdandır paytaxtda köhnə tikililərin sökülüb, pilot layihə adıyla, yenilərinin inşa edildiyi yerlərdə bu cür özbaşınalıqlar çox törədilir. Ancaq, təəssüf ki, hakimiyyət köhnə tikililərin söküntüsü zamanı sakinlərlə insancasına davranmağı və qanun çərçivəsində hərəkət etməyi bu tikinti şirkətlərinə öyrədə bilməyib: Hara baxsan özbaşınalıqdır, hətta qanun çərçivəsinə sığmayan belə olaylar zamanı qan da tökülür.
Onu da qeyd etməyi vacib bilirik ki, belə bir «terrorla» tezliklə Dmitri Luqanskinin Xanlar küçəsi, 12, 14, 16, 18, 20, Əlibəyov Qardaşları küçəsi, 15, 17, 17 A, 17 B, 19, Əlibəy Hüseynzadə küçəsi, 8 ünvanlarındakı 1¬4 mərtəbəli binalarda yaşayan qonşuları da üzləşə bilərlər. Artıq onlar da bunu hiss ediblər. Sadəcə, öncə qanunu bilən «Rus Dima»nı zərərsizləşdirmək lazım bilinib. Doğrudan da, «Terror təhlükəsi» ilə üz üzə qalan digər sakinlərin narahahatlıqları da, pik həddədir. Çətin durumda, neçə gündür bayırda qalan Dmitri Luqanskinin ailə üzvləri kimi, nə edəcəklərini belə bilmirlər. Çünki dərdlərini deməyə rəsmi bir ünvan da yoxdur. İndiyədək dönmədikləri qapı qalmayıb. Rəsmi qurumlar haqlı narazılıqlarına məhəl qoymurlar. Sanki ərazidə tikinti aparacaq «Sabah¬Residence» MTK göydən düşüb, rəhbərlərinin xətrinə dəymək olmaz.Bir yandan da, bu şirkətin əməkdaşlarının qeyri¬insani hərəkətləri onların canlarını boğazlarına yığıb. Rayon rəhbərləri də, bu hədsiz narahatlığı yaradanlara havadarlıq edirlər. Ümid yalnız Allahadır!
https://www.youtube.com/watch?v=rgWL3L69pD8&feature=youtu.be
Bir daha nəzərinizə çatdırırıq ki, bu olay haqqında ölkə mətbuatı da yazılar dərc etmişdi. Həmin yazılardan birini oxucularımızın da diqqətinə çatdırırıq:
Террор под видом реновации жилья на улице Ханлара
Bечером 2 февраля работники полиции и лица в гражданском блокировали вход в жилой дом по адресу: ул. Ханлара, 10, сообщил Turan проживающий в этом здании Дмитрий Луганский.
Далее неизвестные лица сломали двери его квартиры и стали выносить вещи. Bсе это время Дмитрий находился перед домом, в окружении полицейских, которые не пускали его в собственную квартиру на 3-м этаже. После того, как все было вынесено, сломаны рамы окон и даже балкон, Дмитрию позволили подняться.
“Там я увидел представителя исполнительной власти Сабаильского района Bугара Мамедова и представителей строительной кампании “Sabah Residence”, – сказал корреспонденту Turan Дмитрий.
Пригласив своего адвоката, Луганский обратился в полицию и исполнительную власть, требуя прекратить беспредел. Однако никакого эффекта это не имело.
“Это насильственному акту предшествовали угрозы и давление. Угрожали мне и моей семье.
Это нарушение прав собственности происходит, не смотря на то, что моя жалоба находится в суде.
25 семей нашего дома не согласны с предлагаемыми условиями в виде компенсации в 1500 манат за кв. метр.
Что касается предложения о предоставлении квартиры на том же месте после строительства нового жилья, то фирма “Sabah-Residence”, которая хочет тут строить не дает никаких гарантий.
Они просто предлагают подписать бумагу, которая не имеет никакой юридической силы”, – отметил Луганский.
“Из моей квартиры вынесли все ценные вещи, Bключая драгоценности, картины, мебель и пр. и я не знаю, где это все сейчас. Подобное обращение с людьми – откровенное варварство, я воевал в Карабахе, а со мной обращаются, как с преступником.
Я вынужден обратиться к главе государства и посольство России с просьбой защитить меня и мою семью”, – отметил Луганский.
Назвавшийся адвокатом Sabah Residence Шахлар Мамедов отказался отвечать на вопросы Turan на каком основании фирма насильно выселяет граждан, не имя на руках решения суда?
“Я оказываю адвокатские услуги и остальные вопросы мне неизвестны”, – сказал Мамедов, отказавшись сообщить контактные номера фирмы-строителя.
Отметим, что подобные беззакония творятся во всех местах столицы, где власти решили снести старое жилье и построить новые здания. Однако за многие годы сноса старого жилья власти так и не научились обращаться с людьми по человечески и действовать в рамках собственных законов.
Məhi Elsevər, Səməndər QURBANOV,
araz.az saytının xüsusi müxbirləri.
araz.az xəbər portalı.