Məşhur “Forbes” nəşri rusiyalı milyarderlərin ən zəngin varislərinin növbəti reytinqini dərc edib.

Yeniavaz.com xəbər verir ki, ötən illərdə olduğu kimi bu il də siyahıya “Lukoyl”un təsisçisi azərbaycanlı milyarder Vahid Ələkbərovun oğlu Yusif Ələkbərov rəhbərlik edir.
34 yaşlı Yusif Ələkbərov ailənin yeganə övladı olduğu üçün Vahid Ələkbərovun bütün sərvətinin də yeganə varisi hesab olunur.
Qeyd edək ki, açıqlanan son məlumatlara görə Vahid Ələkbərovun ümumilkdə 28,6 milyard dollar sərvəti var.
Reytinqdə ikinci yeri “Novatek” və “Sibur” şirkətlərinin sahibi olan Leonid Mixelsonun övladları yer alır. Leonid Mixelsonun ümumilkdə 27,4 milyard dollar sərvəti var. Bu sərvətin yarısı – 13,7 milyard dolları Mixelsonun 32 yaşlı qızı Viktoriyaya, digər yarısı isə Mixelsonun adı açıqlanmyan 9 yaşlı oğluna çatacaq.

araz.az xəbər portalı.