Yaz mövsümünün ən rəqabətli və ən həyəcanlı layihəsi olan “Bakı Gənclər Debat Forumu: Yaz, 2024” Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi, “Vətəndaş Cəmiyyətində Debat” (DVC) İctimai Birliyinin təşkilatçılığı, Bakı Dövlət Universitetinin ev sahibliyi ilə, Milli Debat Proqramı çərçivəsində 25 – 26 may tarixində baş tutacaq.

Bu barədə araz.az-a daxil olan məlumatda bildirilir ki,
“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan forum “Ekoloji problemlərlə mübarizədə həyata keçirilən tədbirlər ölkənin iqtisadi inkişafına töhfə verir” mövzusundadır və bu mövzu ətrafında debatçılar müzakirələr aparacaqlar.

Keçiriləcək olan debat forumun məqsədi gənclər arasında natiqlik mədəniyyətinin inkişaf etdirilməsi vasitəsi ilə, onların qərar vermə proseslərində, ictimai aktuallıq daşıyan məsələlərdə, dövlət gənclər siyasətinin həyata keçirilməsində iştirakını təmin etmək, ekoloji problemlər və onların təsirləri ilə bağlı məlumatlılığı artırmaqdır.

Məlumata görə, bu forum hər komanda 3 nəfərdən ibarət olmaqla, Azərbaycan və rus bölmələri üzrə həyata keçiriləcək.

araz.az xəbər portalı.