“Pilgrim Education” Mərkəzinin xaricdə təhsil üzrə ekspertləri tələbələrin hal – hazırda ən çox maraq dairəsində olan sualını cavablandırıblar.
araz.az-a daxil olan həmin cavabları dəyərli oxucularımıza da təqdim edirik:
— Ən çox tələbələr hansı ölkələrə və nədən üstünlük verirlər?
— Büdcələri limitli olan tələbələr və ya xaricə qarantiyalı şəkildə qəbul olmaq istəyənlər, adətən, Şərqi və Mərkəzi Avropa ölkələrinə üz tuturlar – məsələn, Polşaya. Çünki Polşada həm dövlət, həm özəl universitetlərdə təhsil haqqı təxmini 3000 evro civarında dəyişir. Çoxunda isə, dil sertifikatı olmadan, müsabiqə yolu ilə qəbul olmaq mümkün olur. Bu da, ölkədəki təhsilə olan marağı artırır. Burada iş imkanları da yaxşıdır, yəni, tələbələr rahat iş də tapa bilirlər.
Seçim zamanı, Polşadan savayı, Macarıstana da üstünlük verilir. Axı, bu ölkədə xüsusi təqaüd proqramı – Stipendium Hungaricum təqaüdü var. Bu proqramı hər il 200+ sayda yerli tələbə qazanır. Keçən ilki qaliblərimiz Gündüz Əsədli və İltifat Əlizadə artıq magistraturanın 2-ci kursuna keçid edirlər.
Onu da qeyd edək ki,
2-ci seçim Almaniyadır. Burada, həm dövlət müəssisələrində təhsil haqqı olmadığı üçün, həmçinin xüsusi Ausbildung proqramının mövcud olması, ölkəni təhsil üçün ən ideal seçim edir. Ausbildung peşə təhsilidir, hansınınsa sayəsində tələb8 həftədə 20 saat təhsil alır, 20 saat isə, işləyir. Peşələrin içində maliyyədən tutmuş, turizmə kimi seçimlər var, maaşlar isə, ortalama 700 – 1500 evro arasıdır.
Hal – hazırda Almaniya höküməti bildirib ki, 1 milyondan çox aktiv vakansiya var. Odur ki, burada viza problemi, demək olar, yaşanılmır. 2 ay öncə tələbəmiz Aliyə Mir-Bağırova həyat yoldaşı ilə, Almaniya vizalarını alıb, artıq orada gələcək planlarını qururlar.
Belə qənaətdəyik ki, 3-cü seçim Birləşmiş Krallıqdır. Məhz ona görə ki, bu ölkənin top 10, 50 və 100-də yerləşən universitetlərinə maraq 2007-ci ildən, Dövlət Proqramının təsis olunmasından sonra yaranıb. Azərbaycanlıların UK məzunu olması artıq bir xəyal deyil, çox asan şəkildə rast gələcəyimiz bir nüansdır. UCL, Cambridge, Bristol, Queen Mary London kimi universitetlərdə hətta azərbaycanlı tələbələrin assosiasiyaları da təsis edilib. Bu il də, bu kimi top müəssisələrdən Əsmər Qənbərova, Ülkər Nəsibli, Cavid Novruzov, Məhəmməd Əfəndiyev, Abbas Əliyev və digər tələbələrimiz qəbul əldə ediblər.
araz.az xəbər portalı.