Artıq neçə ildir ki, hər ilin başlanğıcında Avro-5 yanacaq istifadəmizin tezliklə xalqın istifadəsinə veriləcəyi deyilir. Lakin bu modernizasiya layihəsində necə maraqlı hadisələr baş verirsə, ayrılan məbləğlər bir çoxları üçün çox şirin gəlib, layihə bitmək bilmir.

araz.az   AFN.az-a istinadən xəbər verir ki, SOCAR-da artıq 3 ildir ki, dəyişiklik olub və layihədə olan məbləğlər də kimlərinsə, başını döndürüb. Əks halda bütün Respublikanın ən böyük modernizasiya layihəsi indiyə bitmiş olmalı idi.

Bildiyiniz kimi SOCAR-ın neft-qaz emalı və neft-kimya müəssisələrinin yenidən qurulması, modernizasiyası, həmin müəssisələrin emal, istehsal, əməliyyat, keyfiyyətə nəzarət, əməyin təhlükəsizliyi, təmir-baxım işlərinin koordinasiyası, xammal və aralıq məhsulun ötürülməsi, digər texniki, texnoloji və kommersiya əməliyyatlarının səmərəli həyata keçirilməsi, habelə maliyyə resurslarının daha rentabelli idarə edilməsi məqsədilə 2019-cu ilin sonunda SOCAR-ın təsisçiliyi ilə “SOCAR Downstream Management” şirkəti yaradılıb. Daha sonra Modernizasiya layihəsinin idarə etməsi bu şirkətə həvalə edilib.

Heydər Əliyev adına NEZ-in yenidən qurulması layihəsi çərçivəsində Dizel Hidrotəmizlənmə, Benzin Hidrotəmizlənmə və C4 (butan-butilen) fraksiyasının hidrogenləşmə qurğuları, habelə “Azərikimya” İB-də həyata keçirilən yenidənqurma işləri çərçivəsində C3 (propan-propilen) fraksıyasının hidrogenləşmə qurğusu və Türkiyədə inşa edilmiş “STAR” neft emalı zavodunun nafta hidrotəmizləmə, dizel hidrotəmizləmə və kerosin hidrotəmizləmə qurğuları “Axens” şirkətinin lisenziyası əsasında inşa edilib. Nəzərə çatdıraq ki, Axens Fransa mənşəli şirkətdir və hazırda zavodlarımızın lisenziarlarından biridir. Bu o deməkdir ki, hazırki geo-siyasi proseslər çərçivəsində zavodun fəaliyyətində fransada asılılıq yaratmışıq. Görəsən bu hal bilərəkdənmi yaradılıb ya təsadüfən? Araşdırılmalıdır.

Neft Emalı Zavodunun istehsal gücünü artırmaq, ölkəni “Avro-5” standartına uyğun yüksək keyfiyyətli yanacaqla təmin etmək, “Azərkimya”nın xammal sabit təchizatı və neft məhsullarının ixrac potensialının artırılması məqsədi ilə həyata keçirilən modernləşdirmə və yenidənqurma işləri “ugurla” davam etməkdədir.

21 dekabr 2018-ci ildə Heydər Əliyev adına neft emalı zavodunda aparılan yenidənqurma və modernləşdirmə layihəsinin birinci mərhələsi çərçivəsində inşa edilən yeni bitum qurğusunun və maye qazdoldurma məntəqəsinin açılış mərasimi olub. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Prezident İlham Əliyevə Heydər Əliyev adına neft emalı zavodunda aparılan yenidənqurma və modernləşdirmə layihəsi barədə məlumat verildi. “Ulu Öndərin adını daşıyan neft emalı zavodunun modernləşdirmə layihəsi tarixi əhəmiyyətə malikdir. Layihə tamamlandıqdan sonra bu zavod ölkəmizi yüksək keyfiyyətli yanacaqla təmin edəcək, Azərbaycanın ixrac potensialını artıracaq və ölkəmizin regiondakı mövqeyinin daha da möhkəmlənməsinə xidmət göstərəcək. Artıq bu mühüm və tarixi layihənin ilkin mərhələsi tamamlanıb” kimi cənab Prezidentə məlumatlar verildi. Layihənin 2020-ci ilin sonunadək planlaşdırılan ikinci mərhələsində AVRO-5 keyfiyyət standartına cavab verən dizel yanacağının alınması, 2021-ci ilin birinci yarısına nəzərdə tutulan üçüncü mərhələdə isə eyni keyfiyyət standartına cavab verən A-92, 95 və 98 benzin məhsullarının istehsalı üçün müvafiq yeni qurğuların inşası həyata keçiriləcək.

Artıq 2024-cü ilin ilk yarısı bitmək üzrədir, bu da onu göstərir ki, ölkə başçısına yalan danışılıb. Ola bilər ki, Pandemiya və 2-ci Vətən müharibəsinin başlanması layihənin gedişatına təsir edib. Belə olan halda proyekt 2023-cü ilin sonuna qədər təhvil verilməli idi. Onu da qeyd edək ki, Pandemiya dövründə (2020-ci ildə) layihənin 80% bitmiş olmalı idi. Amma bugün də təhvil-təslim olmayıb.

Bəs layihə çərçivəsində “SOCAR Downstream Management” şirkətinin etdiyi özbaşınalıqlardan və dövlət büdcəsinin mənimsənilmə hallarından müvafiq orqanların xəbəri varmı? İlk illərdən Türk vətəndaşına Rövnəq Abdullayev tərəfindən layihə həvalə edilmiş və bütün yeyinti onun əli ilə edilmişdir. 2020-ci ildən sənədlər araşdırılsa, kifayət qədər fakt vardır. Lakin layihəni idarə edən Məsut İlter bəy olsa, da layihəni idarə edən və bütün kadrları əsas yerlərə təyin etdirən həmin dövrdə layihə rəhbəri Emil Alxaslı olmuşdur. Emil Alxaslının oğlunun kirvəsindən tutmuş qrup yoldaşları, sinif yoldaşları, dostları bu layihədə mühüm postları tutublar. Lakin Rövşən Nəcəfin gəlməsi ilə layihədə bir irəliləyişin olacağına ümid olsa da, Emil Alxaslı adı çəkilən qurumun baş direktoru təyin olunur. Yeni SOCAR prezidentini aldadırlar ki, layihə bitməsi üçün bu adam bu postda qalmalıdır. Amma anlamadılar ki, həmin vaxt işdən çıxarılsa idi layihə daha da sürətlənəcəkdi. İndi bu şəxs o qədər güclənib ki, sahə üzrə vitse-prezident belə onunla bacarmır. 2023-cu idə quruma SOCAR-ın daxili nəzarət şöbəsi yoxlama üçün daxil olmuşdu, maraqlısı odur ki, çox mühüm yeyinti faktları əldə olunsa da, qəfil yoxlama dayandırılmış və müəssisəni tərk etmişdir. Səbəbini bilən olmasa da, məlumdur ki, belə hallarda ya Alxaslı yaxşı xərc çəkib, ya da güclü hamiləri vardır. Onun Zavoddakı fəaliyyəti kimlərisə, ifşa edə bilərdi. Nəzərinizə çatdıraq ki, bu günə qədər layihə üçün 5 milyard manatdan çox vəsait xərclənib.

“SOCAR Downstream Management” şirkəti layihənin idarə etməsini təşkil etmək məqsədi ilə yaradılsa da, sonradan bütün əməliyyəti və istehsalatı nəzarətə götürülür. Təbii ki, bu Məsut İlterin Türkiyədən gətirdiyi mütəxəssislər tərəfindən koordinasiya olunurdu. Bu mütəxəssislərin bəzilərinin Türkiyədəki2-3 ildə əldə etdiykləri villaları da ayrıca araşdırma mövzusudur. Amma bugün layihənin nə səbəbə bitməməsi daha vacib bir məsələdir.

Təbii ki, bu qədər vəsaitin mənimsənilməsi açıq aydın görünür. Layihə çərçivəsində heç bir iş və xidmət “otkatsız” verilməmişdir. Bunu SOCAR rəhbərliyi çox yaxşı bilir və əllərində kifayət qədər faktlar vardır.

İstər Çirkli suların təmizlənməsi qurğusunun tikilməsi barədə “Hazar Arıtım” şirkətinə “tenderlə” verilmiş iş, istər Azfen şirkətinin gördüyü işlər, bütün beton işlərinin yalnız Azkontakt tərəfindən verilməsi, İlk inşaatın fəaliyyəti, Hidroinşaat MMC-nin bağladığı müqavilələr və gördüyü işləri, Zavod ərazisinin asfaltlanması üçün tenderin qalibi olan Teknikon şirkətinin fəaliyyəti araşdırılmalıdır. Bu şirkətlərin necə qalib olması araşdırılmalıdır, təbii ki, əlimizdə faktlar vardır, müvafiq qurumlar tərəfindən araşdırılıb ictimaiyyətə çatdırılsa, daha yaxşı olardı. Görünən odur ki, bugünki SOCAR rəhbərliyi də bu məlumatların üzə çıxmasında maraqlı deyildir. Əks halda Emil Alxaslının atası Aydın kişinin hesabına köçürülmüş vəsaitlər, bacısı Məmmədova Aygün Aydın qızının hesablarına (VÖEN 1306859072)(hesab nömrəsi-AZ31BRES41040AZ0011942289001) HAOR Modernisation və ya HAOR Revamp project adı ilə DSP Laboratory complex Dubai Unit (İntertek) tərəfindən ödənişlərdən, onun İtaliyadakı, Türkiyədəki otellərindən məlumatları olduqları halda o vəzifədə qalmazdı.

Cənab Prezidentin bugün dünyada və ölkəmizdə apardığı çətin mübarizələr zəminində onun aldadılması, düzgün məlumatların verilməsi yolverilməzdi. Əvəz olunmaz insan yoxdur, Alxaslı olmazsa, layihə bitməz kimi nağılllar yalnız yalan bəhanələr ola bilər. Belə çıxır ki, ölkədə yalnız bir kadr var layihəni bitirməyə? Təbii ki, xeyr. Sadəcə Alxaslı və onun havadarları layihəni elə bir bərbad vəziyyətə gətiriblər ki, yeyinti o qədər çoxdur ki, heç bir mütəxəssis layihəni öz üzərinə götürməyi risk etmir. Ümid edirik ki, Rövşən Nəcəfin və onun vitse-prezidentlərinin bacarmadığı Alxaslının öhdəsindən cənab nazir Mikayıl Cabbarov tezliklə gələcək və onun fəaliyyəti ictimaiyyəti məlumatlandırmaqla araşdırılacaqdır. Araşdırmağa başlanılsa, yəqin ki, zavoda daxil olan qeyri-qanuni neft və onun emal edilməsi və hansı yollarla satılması da üzə çıxacaqdır. Daha sonra SOCAR Türkiyənin Star və Petkim zavodlarının son 5 ildəki fəaliyyətinin da yoxlanılmasına növbə çatar.

Qeyd: Yazıda adı keçən şəxs və qurumların mövqeyini yayınlamağa hazırıq.

araz.az xəbər portalı.