Ermənistanın keçmiş Prezidenti Robert Koçaryan həbs edilib. Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan deyib.
Onun sözlərinə görə, R. Koçaryan məhkəmənin qərarı ilə həbs olunub: “Bildiyim qədəri ilə o, Milli Təhlükəsizlik Xidmətinin binasındakı “İrəvan-mərkəz cinayət-icra müəssisəsindədir”.
Qeyd edək ki, R. Koçaryan 2008-ci ildə konstitusiya quruluşunu zorla devirməkdə ittiham olunur.
araz.az xəbər portalı.