Ənənəvi olaraq, sərfəli operator kimi tanınan “Nar” sosial layihələri ilə də cəmiyyətə töhfə verməyə davam edir. Bu layihələr sırasında inklüziv cəmiyyət qurmağa yönələn və beynəlxalq mükafata layiq görülən  elektron jest dili lüğəti xüsusi önəm daşıyır.

araz.az bildirir ki, “Nar”ın dəstəyi ilə ADA Universitetinin tələbələrinin bu ilin əvvəlində yenilədiyi saytda son üç ayın nəticələrinə əsasən istifadəçi sayı ikiqat artıb. Daha bir statistik göstəricəyə görə isə saytda ən çox axtarılan ifadələr “salam”, “ata” və “ana” sözləridir. Sayta marağın artmasının səbəblərindən biri universitetin tələbələrinin təşəbbüsü ilə istifadəçi rahatlığını təmin etmək üçün saytın interfeysinin, dizaynının və axtarış sisteminin təkmilləşdirilməsi və bir çox digər funksiyalarla zənginləşdirilməsidir.

Layihənin digər tərəfdaşı olan “Karlara Dəstək” İctimai Birliyinin sədri Kamran Abasov Azərbaycan jest dilini tamamilə pulsuz öyrənməyə imkan verən resursun yalnız eşitmə və nitq məhdudiyyətli şəxslər üçün olmadığını bildirir: “Dörd ildir, fəaliyyət göstərən jestdili.az saytına maraq gündən-günə artmaqdadır. Bu sayt təkcə nitq və eşitmə məhdudiyyətlilər üçün olmadığından hər kəs buradan tam ödənişsiz olaraq faydalana bilər. Hesab edirəm ki, biz bir-birimizi daha yaxşı anlamaqla məhdudiyyətləri aşa və inklüziv cəmiyyət qura bilərik”.

Qeyd edək ki, daim təkmilləşdirilən elektron lüğət hazırda 4000 sözün və 500 çox işlənən cümlələrin video izahını təqdim edir. 2023-cü ildə Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosasiyası (IPRA) jestdili.az layihəsini əsas götürərək “Nar”ı ən yaxşı korporativ məsuliyyət nominasiyasında birinci yerə layiq görüb.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

araz.az xəbər portalı.