İsrailin 7 oktyabrdan bəri Qəzza zolağında davam edən müharibəsi səbəbindən İsrail ordusunda xidmət etməkdən imtina edənlərin sayında görünməmiş artım var.

araz.az  Sitat.info-ya istinadə  xəbər verir ki, bu barədə İsrailin qeyri-hökumət təşkilatı (QHT) “Yesh Gvul” açıqlayıb.

“Yesh Gvul” X hesabında verdiyi açıqlamada orduda xidmət etməkdən imtina edənlərdən biri olan Sofiya Ourun sözlərini yerləşdirib:

“İnsanlıqdan təcrid olunmağa, həbsxanada qalmağa hazıram. Həbsxanadan belə deməliyəm ki, onlar (Fələstinlilər) insandırlar!  O, orduya getməkdənsə həbsxanada qalmağı üstün tuturam”, – Sofiya bildirib.

Qeyd edək ki, 1982-ci ildə siyasi hərəkat olaraq yaradılan İsrail qeyri-hökumət təşkilatı “Yesh Gvul” hərbi xidmətdən imtina edənləri dəstəkləmək, Fələstin ərazilərinin işğalına və seçim müharibələrinə qarşı ictimai rəyə təsir etmək məqsədi daşıyır.

araz.az xəbər portalı.